Ana səhifə / Araşdırma / Fazil Məmmədovun çevrəsində həbs hazırlıqları

Fazil Məmmədovun çevrəsində həbs hazırlıqları

Sabiq nazirin məsuliyyətə alınacaq kadrlarının siyahısı tutulur; dövlət qurumları məhkəmələrə iddialar verməyə başlayıb – sensasion gəlişmə

Sabiq vergilər naziri Fazil Məmmədovun rüşvətxor, koorupsioner kadrlarının siyahısı tutulur. Ona yaxınlığı ilə seçilən və yerlərdə vətəndaşlara qan udduran kadrları barəsində dosye toplanması haqda da məlumat var. Hətta bir neçə kadrına qarşı müxtəlif dövlət orqanlarının iddiaçı qismində məhkəmələrə şikayətlər göndərməsi xəbərini də almışıq. Fazil Məmmədovun ətrafında olan, illərlə ona güvənib hər cür qanunsuzluqlara qol qoyan yerlərdəki nümayəndələrinin məhkəmələrə çəkilib cəzalandırılması qərarı verilib. Onların bir çoxunun həbs ediləcəyi bildirilir.

Məlumdur ki, Fazil Məmmədovun ətrafında olan bir neçə icra başçısı da var ki, onlar vaxtilə Vergilər Nazirliyində çalışıblar. Bu gün isə icra başçısı kimi yerlərdə böyük narazılıq ocaqları yaradıblar və hələ ki vəzifələrində qalırlar.

Gələn məlumatlar onu deməyə əsas verir ki, 2018-ci ilin əvvəli Fazil Məmmədov və onun ətrafında olanlar üçün çox çətin günlərlə yadda qalacaq. “Maliyyə xəyanətində” suçlandırılan Fazil Məmmədovun ölkə daxilindəki aşkar və gizli olan bütün əmlakları da siyahıya alınır. Onun sahibkarlardan taladığı və xaricə çıxara bildiyi milyardların geri qaytarılması üçün də çox ciddi işlər görülür. Sabiq nazirin varidatı da əlindən alınaraq milliləşdirililəcək.

Image result for vergilər

Fazil Məmmədov üçün “əcəl zəngi” əslində 2015-ci ildə Eldar Mahmudov vəzifəsini itirəndən sonra çalınmışdı. “Maliyyə xəyanətində”, sahibkarlara qan uddurmaqda suçlu bilinən Eldar Mahmudovla Fazil Məmmədovun aşkar-gizli əlaqələri üzə çıxmışdı. Hətta həmin günlərdə xəbər də yayılmışdı ki, Fazil Məmmədovu işdən çıxarıblar. O dövrdə Vergilər Nazirliyi “Fazil Məmmədov kabinetindədir” açıqlaması verməklə onun işdən çıxarılması xəbərinə reaksiya vermişdi. Amma Fazil Məmmədovun ətrafında körükləmə işlərinin aparıldığı da bilinirdi. 2016-cı il yanvarında prezidentin keçirdiyi ilk müşavirədə məmurları sərt tənqid etməsi də bu baxımdan diqqət çəkirdi. Prezident konkret nazirlərin rəhbərlik etdiyi sahələri tənqid edərkən Fazil Məmmədovun adını çəkmişdi.

Image result for milyon manat

“Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” – deyə prezident bildirmişdi.

Prezidentin o dövrdə Vergilər Nazirliyinə yönəlik çıxışında dedikləri də yaddaşlardan silinməyib: “Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”…

2016-cı oktyabrında keçirilən  müşavirədə isə F.Məmmədovun yarıtmaz fəaliyyəti bir daha qabardılmışdı: “Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Fazil Məmmədov nəticə çıxarmadı. Rəhbərlik etdiyi qurumun bu çıxışlardan sonrakı fəaliyyətinə nəzər saldıqda aydın olur ki, nəinki nəticə çıxarmayıb, hətta sahibkarların sıradan çıxarılmasına yönəlik addımlar daha da sistemli şəkil alıb. Belə iddialar var ki, hətta bir çox  sahibkarlardan 2016-cı ildə 2017-2018-ci illərdə ödəyəcəkləri vergilər əvvəlcədən alınıb. Sanki Fazil Məmmədov pulları alıb və aradan çıxmağa hazırlaşırmış…

Odur ki, Fazil Məmmədovun bu il dekabrın 5-də vəzifəsini itirməsini təbii qəbul etmək lazımdır. Onun cəzalandırılacağı da bu baxımdan istisna deyil.

Yada salaq ki, Eldar Mahmudov “vurulandan” sonra MTN-də baş verən sahibkarla bağlı cinayətlərin bir ucunun da Vergilər Nazirliyinə uzandığı üzə çıxdı. 

Nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov həbs edildi. Vidadi Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılır.  V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinirdi. Məlumata görə, biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqda məlumatlar MTN-ə ötürülürmüş. MTN çetesi də şantaj, hədə-qorxu yolu ilə həmin biznesmenləri soyurmuş. Bu şərikli “biznes”dən Fazil Məmmədovun bixəbər qalması inandırıcı da deyildi. İnandırıcı deyildi ki, Vergilər Nazirliyində Eldar Mahmudovun ən yaxın adamının illərlə sahibkarlardan milyonlar qoparmasından Fazil Məmmədov xəbərsiz olub. Artıq onun da cəzalandırılacağı gün də uzaqda deyil.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …