Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / FAZİL MƏMMƏDOV HANSI XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKİR?

FAZİL MƏMMƏDOV HANSI XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKİR?

Prezident İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsinin səbəbləri sırasında, əsasən, onun səhhəti ilə bağlı yaşadığı narahatlıq göstərilir. Bəzi millət vəkilləri də, özü də səhhətində problemlərin meydana gəldiyini gizlətməyiblər. Amma indiyə qədər cəmi 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu sirr olaraq qalmaqdadır.Axar.az-ın əldə etdiyi məlumata görə, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır.

İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.
Mənbənin sözlərinə görə, Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.

Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında, doğrudan da, həmin “boşluq” görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə, sabiq nazir 1964-cü ildə anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. Daha sonra isə onun 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışdığı bildirilir.

1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdəmi olub? Hərbi xidməti harada keçib?

Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.

Qeyd edək ki, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı 26 aprel 1986-cı ildə baş verib. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında azərbaycanlılar da iştirak ediblər. Bu əməliyyatdan sonra bölgəyə gedən könüllülər sırasında da yüzlərlə azərbaycanlı olub.
Sözügedən hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub. On minlərlə insan isə sonsuz qalıb.
İddialarla bağlı Fazil Məmmədovun və ya yaxınlarının açıqlamasını almaq mümkün olmadı.

“AzPolitika.info”ya verilən məlumatda da, F.Məmmədovun Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olduğu bildirilir. Hətta sabiq nazirin alkoqollu işkilərə meyl etməsi də bununla bağlanır. Belə ki, sabiq naziri tanıyan şəxslərdən birinin iddasına görə, Çernobıldan qayıtdıqdan sonra F.Məmmədov radiasıyanın səhhətində problemlər yaratmasını əngəlləmək üçün vaxtaşırı həkim müayinəsindən keçib. Belə müayinələr zamanı F. Məmədovun etibar etdiyi həkimlərdən birinin ona radiasiyanın sağlığına təhlükə törətməməsi üçün hər gün müəyyən miqdar sipirtli işkilər qəbul etməyi tövsiyyə etdiyi bildirilir.

F. Məmədovun da bu məsləhətə əməl etdiyi və bunun da sonradan onda alkoqollu işkilərə müəyyən bağlılıq yaratdığı iddia edilir. İnternetdə Fazil Məmmədovun Vergilər Nazirliyinin sabiq əməkdaşlarından biri ilə telefon söhbəti zamanı sərxoş vəziyyətdə olması da bununla izah edilir.

Ancaq bu iddiaların nə qədər doğru olduğunu söyləmək çətindir. Fazil Məmmədovun özünün mövqeyini öyrənmək mümkün olmadığından, dəqiqləşdirə bilmədik.

AzPolitika.info

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …