Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Falçını öldürən şəxs: “Dua yazdı, baş ağrılarım lap çoxaldı…”

Falçını öldürən şəxs: “Dua yazdı, baş ağrılarım lap çoxaldı…”

Bakıda bu il martın 14-də din xadimini qətlə yetirən şəxsin görüntüləri yayılıb. 

Cinayəti törədən 1987-ci il təvəllüdlü Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini Məhəbbət Vilayət oğlu Cahangirov istintaqa ifadə verib. O, ifadəsi zamanı 1970-ci il təvəllüdlü Tahir Talıbovu ona yazdığı duaya görə qətlə yetirdiyini bildirib. M.Cahangirov qeyd edib ki, din xadimi ona dua yazandan sonra baş ağrıları çoxalıb. O, yazılan duanın nəticəsini görmədiyinə görə din xadimini qətlə yetirdiyini bildirib.

Qeyd edək ki, T.Talıbovu qətlə yetirən M.Cahangirov Səbayel Rayon Polis İdarəsi və 9-cu polis bölməsi əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları 1987-ci il təvəllüdlü M.Cahangirovu yaşadığı rayonda saxlayaraq istintaqa təqdim ediblər. Saxlanılan şəxs barəsində Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq zamanı hadisənin təfərrüatlarına aydınlıq gətiriləcək.

Hadisə İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə T.Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış (report.az).

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın