Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Facebookun canlı yayımında bataqlığa girdi, sonu ölüm oldu – ŞOK -VİDEO +18

Facebookun canlı yayımında bataqlığa girdi, sonu ölüm oldu – ŞOK -VİDEO +18

Sosial mediada “like” yığmaq üçün uşağını yerə atmaqla hədələdi, “YouTube”da izləyicilərinin sayını artırmaq üçün sevgilisini öldürdü, “Facebook” canlı yayımında intihar etdi və s. Təəssüf ki, zaman keçdikcə bu tip xəbərlərlə tez-tez qarşılaşmalı oluruq. Əfsuslar olsun ki, bəzi istifadəçilər sosial şəbəkələrdəki yararlı xidmətlərdən çox yararsız, səmərəsiz məqsədlər üçün istifadə edirlər. Kimisi əyləncənin, adrenalinin “dozasını” çıxarmaq məqsədilə, kimisi “layk” yığmaq üçün ağlalmaz yollara əl atır, kimlərsə də intihar edəcəyini deməklə və ya intihar etməklə izləyici toplamağa çalışır.

Atalarımızın çox yerində deyilmiş bir sözü var: “Dəvə oynayanda qar yağar”. İndi bu sosial şəbəkələrdəki bəzi “dəvələr” oynayanda qar yağmasa da, bəzən adrenalin artırmaq istəkləri gözlərində qalır. Əyləncə məqsədilə çıxdıqları yolda ölümlə üzləşirlər. Eynən indi təqdim edəcəyi videodakı şəxs kimi.
Videodan da gördündüyü kimi, feysbukdan canlı yayım edən istifadəçi əyləncə məqsədilə bataqlığa tullanıb. Ancaq nəticə heç də gözlədiyi kimi olmayıb. 8 dəqiqəyə yaxın bataqlıqdan çıxmaq üçün mübarizə aparsa da düşdüyü yerdən xilas ola bilməyib. Və beləliklə əyləncə həvəsi ilə öz ölümünü yazmış olub.
Moderator.az sözügedən videonu təqdim edir. Əvvəlcədən qeyd edirik ki, ürəyi və əsəbləri zəif olanların, həmçinin, 18 yaşından aşağı şəxslərin izləməsi məsləhət deyil:
Zəhra

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın