Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Fətullah Gülənin “Bacı” ləqəbli yaxın qohumu saxlanıldı – FOTOLAR

Fətullah Gülənin “Bacı” ləqəbli yaxın qohumu saxlanıldı – FOTOLAR

Türkiyədə Fətullah Gülənin daha bir yaxın qohumu saxlanılıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Gülən camaatı” içərisində “bacı” kimi tanınan şəxs rəhbəri olduğu və tələbələrin qaldığı evləri tərk edərkən yaxalanıb. Onunla birlikdə daha bir qadın saxlanılıb.  Onların adlarının baş hərfləri açıqlanıb. Bildirilib ki, saxlanılanlar S.G və E.D-dir.

Məlumatda onların hər bir tələbədən 350 TL aldıqları və üzərlərində də 10 mənzilin açarının tapıldığı bildirilib. Eyni zamanda, evlərdə 4-6 qız tələbənin qaldığı, hər mənzilə bir ad verildiyi, müəllimlərin adlarla kodlanan evlərə tələbələri istiqamətləndirdiyi müəyyən edilib.

Kocaeli Şəhər Polis İdarəsinə götürülən hər iki şəxs istintaq tədbirləri başa çatdıqdan sonra məhkəməyə çıxarılacaq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın