Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Fərman Kərimzadənin oğlu ifadə verdi

Fərman Kərimzadənin oğlu ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin ifadəsi davam etdirilib.

Zərərçəkmiş Firuzə Qasımova Ə.Kərimzadə ilə necə tanış olduqlarını deyib: “Əziz bizim obyekti icarəyə götürmüşdü. Sonra məndən borca pul istədi, qaytaranda mənə “hörmət” edəcəkdi. Gürcüstanda 1.5 milyonluq evinin, yük maşınlarının, böyük biznesi olduğunu dedi, mən də inandlm. Ona 10 min manat verdim, 3 min manatlıq da icarə haqqından borcu var. Pulun təxminən yarısını, 6500 manatını qaytardı, qalanını ödəməyib”.

Ə.Kərimzasə isə icarə haqqından 3 min yox, 1500 manat borcu qaldığını deyib: “Sadəcə, artıqlamasıyla, yəni 3 min verəcəyimi dedim. 10 min manatı da işə düzəltmək üçün yox, borca almışam. Mən nəqliyyat sahəsində işləyirdim, 70 yaşlı qadını sürücü işinə düzəldəcəkdim? Firuzə xanım hamıya sələmə pul verirdi, mən də aldım”

Ə.Kərimzadə zərərçəkmiş F.Qasımovaya maddi ziyanın ödənilməsi üçün bacısı ilə əlaqə saxlamasını deyib.

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki. Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub.

Qeyd edək ki, Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın