Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu vəzifəsindən azad edilib. 

Azinforum.az bildirir ki, 32gün.az-a vəzifəsindən azad edilən sabiq direktor Ruslan Əliyev və “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Cahid Hüseynov barəsində ilginc məlumat daxil olub.

Məlumatda bildirilir ki, Ruslan Əliyev vəzifədə işlədiyi müddət ərzində müavini, yaxın dostu Cahid Hüseynovla yaxın qohumları və tanışlarını elə rəhbərlik etdikləri qurumun struktur bölmələrində müxtəlif vəzifələrə təyin etdiriblər.

“Azəriqaz” İstehsalat Birliyinə işə qəbul SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən müsabiqə yolu ilə həyata keçirilib.

“Azəriqaz” İB-də işə qəbulla bağlı müraciət edənlərdən imtahanı götürən şəxs (şəkildə də göründüyü kimi) isə Vüsal Həsənovdur. Hazırda Satış Departamentində şöbə rəisinin müavinidir. Sənaye sayğaclarının quraşdırılması işinə baxır.

Məlumata görə, o, Ruslan Əliyevlə Cahid Hüseynovun əsas adamlarından biri hesab olunur.

Digər məlumata görə, Cahid Hüseynovun digər əsas adamları isə “Azəriqaz”ın Satış Departamentin rəisi Zamin Mehrəliyev və Bakı Regional Qaz Satış Departamentinin şöbə rəisinin müavini Emin Bədəlovdur.

Emin Bədəlovun dayısı Nurəddin Nəcəfov da “Azəriqaz”ın Binəqədi QİS-nin rəisi vəzifəsində çalışıb. Emin Bədəlov isə 2017-ci ildə Binəqədi ərazisində yerləşən sənaye obyektlərinə sayğacdan kənar qaz xəttlərinin çəkilməsinə şərait yaratdığı üçün və dövlət büdcəsinə ziyan vurduğu başqa vəzifəyə keçirilib. Emin Bədəlov Cahid Hüseynovun həmyerlisi olduğu üçün sonradan daha yüksək vəzifəyə təyin olunub.

Cahid Hüseynovun yaxın qohumlarının qanunsuz əməlləri bununla da bitmir. Bir neçə il əvvəl Cahid Hüseynovun “Azəriqaz”a işə düzəltdiyi qardaşı oğlu Əlihüseyn Hüseynov ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət toplayaraq, onları “Azəriqaz”a işə düzəldəcəyini vəd edib.

Bildirilir ki, eyni zamanda, Əlihüseyn Hüseynov Bakıda yeni inşa olunan çoxmənzilli MTK tipli binanın qazlaşdırılması üçün əmisi Cahid Hüseynovun köməkliyi ilə sayğac quraşdırmaq adı ilə də külli miqdarda pul vəsaiti alaraq mənimsəyib. Ruslan Əliyev Əlihüseyn Hüseynovun bu hərəkətlərindən xəbər tutduğu üçün onu işdən çıxarıb. Daha sonra Cahid Hüseynovun dəstəyi ilə yenidən işə qaytarılıb.

Ruslan Əliyev vəzifədən getsə də, amma Cahid Hüseynovun adamları hələ də “Azəriqaz”da yüksək vəzifə tuturlar.

Cahid Hüseynovun vəzifə verdiyi adamları və yaxın qohumlarının siyahısı:

Zamin Mehrəliyev (Ruslan Əliyevin və Cahid Hüseynovun dostu),

“Azəriqaz”ın Bakı BRQİD-nin rəisi Rauf Əhmədov (Cahid Hüseynovun dostu),

Emin Bədəlov (Cahid Hüseynovun həmyerlisi),

“Azəriqaz” İB-nin İnsan resursları şöbəsinin rəisi Xəqani Bəşirli (Cahid Hüseynovun həmyerlisi),

Vüsal Həsənov (Cahid Hüseynovun həmyerlisi),

Ceyhun Hüseynov (qardaşı oğlu),

Soltan Hüseynov (əmisi oğlu),

Aqşin Əliyev (bacısı oğlu),

Alı Hüseynov (dayısı oğlu),

İgidalı Hüseynov (dayısı oğlu),

Bəhruz Ağarzəyev (xalası oğlu),

Rəşad Ağarzəyev (xalası oğlu),

Zülfiyyə Rüstəmova (Cahid Hüseynovun həmyerlisi.

Cahid Hüseynovun qardaşı oğlu Əlihüseyn Hüseynov Xaçmaz Regional Qaz İstismar İdarəsinin Xızı xidmət sahəsi üzrə Qəza bərpa xidmətinin rəisi vəzifəsində çalışır.

İddialara görə, Əlihüseyn Hüseynov bu yaxınlarda başqa bir vətəndaşdan da 250 min manat pul alaraq, ona vəd verib ki, istifadəsində olan sayğacı geri çəkdirərək, yazılan borcu sildirəcək. Ancaq işin üstü açıldığı üçün Cahid Hüseynov təcili qardaşı oğlunu işdən müvəqqəti kənarlaşdıraraq, başqa vəzifəyə keçirib. Əlihüseyn Hüseynovun qanunsuz əməlləri “Azəriqaz”da çalışan vicdanlı işçilərin ciddi narazılığına səbəb olub.

Əlihüseyn Hüseynov Cahid Hüseynovun adından istifadə edərək, 1000 AZN müqabilində “Azəriqaz”-da çalışan işçilərin dərəcəsini artırırmış, 3 000 AZN qarşılığında isə çilingər vəzifəsinə işçi götürürmüş.

Məsələ ilə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevlə əlaqə saxladıq.

Eldəniz Vəliyev 32gun.Az-ın sorğusuna belə cavab verdi:

“Deyilənlər şayələrdən başqa bir şey deyil. Azəriqazda dünən də bu gün də əməkdaşlar savad və istedadları müqabilində fərqlənirlər. Bu da ümumi işin xeyrinə təsir edib. Dəqiqləşdirilməmiş- dezinformasiyaların dövriyyəyə buraxılması peşəkar yanaşmaya tam ziddir”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …