Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Araşdırma / Fəhlələr niyə ölmək istədilər? – SƏBƏB

Fəhlələr niyə ölmək istədilər? – SƏBƏB

Paytaxtın Xətai rayonunda kütləvi intihara cəhdin səbəbi məlum olub.

Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamaya görə, altı nəfərin intihara cəhd etməsinin səbəbi əməkhaqlarını ala bilməməsi olub:

“Onlar “Aves” MTK-dan işdən azad olunublar. İki aylıq əməkhaqları olan 1200 manat pul onlara ödənilməyib. Buna etiraz əlaməti olaraq, Sabunçu rayon sakinləri – 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu, 1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya məxsus, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd ediblər”.

“Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.

Həmçinin oxuyun

GÖMRÜK–KARQO “OYUNUNUN” ƏSAS İŞTİRAKÇLARI KİMLƏRDİR? – “Can Karqo”, “Gültekin Nakliyyat”…

Bu yaxınlarda özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Dövlət …