Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Fəhlə işləyən məcburi köçkün yıxılaraq xəstəxanalıq oldu – VİDEO

Fəhlə işləyən məcburi köçkün yıxılaraq xəstəxanalıq oldu – VİDEO

Gəncədə bədbəxt hadisə baş verib.

ARB TV xəbər verir ki, Şəmkir rayonunda yaşayan, Kəlbəcər rayonundan olan məcburi köçkün 40 yaşlı Hüseyn Hüseynov şəhər ərazisində fərdi evdə fəhlə işləyərkən yıxılaraq xəsarət alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər ona sol dirsəyin çıxığı və sol mil sümüyün açıq sınığı diaqnozu qoyub. Hüseyn Hüseynova ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın