Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Araşdırma / “Exchange”lərin açılması bankların ziyanınadır?

“Exchange”lərin açılması bankların ziyanınadır?

“Azərbaycanda hər hansı bir qərar verilərkən qərarın dərindən analiz olunmadığı  və bütün mexanizmlərin əvvəlcədən hesablanmadığı “exchange”lərin yenidən açılacağı ilə bağlı məsələdə də üzə çıxdı. Hər hansı  qərar verilir, sonradan həmin qərarların təsirləri iqtisadiyyatda  və yaxud da sosial həyatda özünü büruzə verdikdən sonra ya dəyişdirilir,  ya da başqa qərarlara əlavələr olunur”

Bunu “Qafqazinfo”ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanda “exchange”lərin yenidən açılacağı məsələsindən danışarkən deyib.

O qeyd edib ki, “exchange”lər bağlanarkən düşünülməmiş qərar verildi: “Bunu onunla əsaslandırdılar ki, “exchange”lərin olması valyuta bazarında panikaya yol açır. Bu da hər hansı zərbələrə yol aça bilər. İndi də yenidən açılır. Əgər bu əsaslandırma var idisə,  nəyə görə indi yenidən açılır?  O səbəblər tam aradan qalxdımı? Deməli o zamankı qərar tələsik, düşünülmədən verilmişdi. Təqribən 4 min insanın iş yerini itirməsinə səbəb oldu. İndi isə “exchange”lərin çox ağır şərtlərlə yenidən açılması irəli sürülür.

Düşünmürəm ki, əvvəlki sayda yenidən “exchange”lər olacaq. Amma şəhərin mərkəzində yeni “exchange”lərin açılması mümkündür. Bu məsələnin yeganə olaraq vətəndaşlar və turistlərin üçün müsbət tərəfi odur ki, banklar axşam saat 6-dan sonra və şənbə, bazar günü  işləmirlər. Bu da əhali və xarici turistlər üçün narahatlıq yaradırdı. İndi şəhər mərkəzində açılacaq “exchange” lər bu narahatlığı aradan qaldıracaq.  Bankların işinə birbaşa təsir göstərməyəcək. Ancaq az da olsa onların gəlirliklərinin azalmasına səbəb ola bilər”.

 

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …