Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Araşdırma / Evi qarət edilən jurnalist: “Uşağın 50 qəpiklərini də aparıblar”

Evi qarət edilən jurnalist: “Uşağın 50 qəpiklərini də aparıblar”

Dünən Yasamal rayonunda Qanlı göl qəsəbəsində jurnalist İntiqam Valehoğluna məxsus 2 otaqlı mənzildən oğurluq edilib.
Azinforum.az xəbər verir ki, jurnalist başına gələnlərlə bağlı ARB TV-yə açıqlama verib. O bildirib ki, xoşagəlməz hadisə ilə bağlı ilk xəbəri qonşusundan alıb. Jurnalistin sözlərinə əsasən bir neçə gün evdə olmadığından mənzil boş qalıb: “Evə gələndə gördüm ki, qapı qırılıb. İçəri daxil oldum ki, televizor yoxdur və mətbəx avadanlıqlarının bir hissəsi aparılıb. Ümumi 1000 manat civarında ziyan dəyib. Həmçinin qapı qırılıb”.
Zərərçəkən deyir ki kreditlə götürdüyü televizorun geri qalan 4 aylıq borcunu ödəməyə çalışdığı bir vaxta oğrular ona maddi ziyanla yanaşı, mənəvi ziyan da vurublar: “Hər şeyi keçmək olar, ancaq bunu etmək insanlıqdan kənar bir şeydir. Uşağın yığdığı 50 qəpiyə qədər aparıblar. Bu, kimdisə şərəfini itirmiş adamdır. Heç olmasa, bunlara dəyməzdi. Məsələnin mənəvi tərəfi mənə daha ağır gəlir”.
Artıq məsələ ilə bağlı Yasamal rayon 28-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları və kriminal ekspertlər mənzilə baxış keçirərək barmaq izləri götürüblər. Cinayətkarın tutularaq istintaqa təhfil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın