Ana səhifə / Araşdırma / “Evə gətirəndə gördüm ki…” – “İrşad Electronics”dən ŞİKAYƏT

“Evə gətirəndə gördüm ki…” – “İrşad Electronics”dən ŞİKAYƏT

Elşən Nəbioğlu adlı Facebookdakı “Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

Onun şikayət məktubunu oxucularına təqdim edirik:

“Şikayətim “İrşad Electronics” mağazalar şəbəkəsindəndir. Aprelin 22-i JVC markali 108 ekran TV sifariş verdim, Sifariş online edildi. Karantinlə bağlı dükanlar bağlı olduğundan, sifarişim aprelin 25-i gəldi, çatdırılma xidməti gecikdiyindən, işimizi yubatmamaq üçün televizoru bizə yaxın bir yerdən özümüz gedib götürdük.”

Evdə xoşagəlməz sürprizlə qarşılaşdığını bildirən şikayətçi fikrini belə davam etdirir: “Evdə televizoru açıb baxanda ekranında şəkildə gördüyünüz xətti aşkar etdim və aprelin 26-sı televizoru texniki servisə aparıb, qaytarilmasini ya da dəyişdirilməsini tələb etdim. Servisin işçisi 20 dəqiqəyə yaxin televizoru silib təmizlədi və sonda oturacaq hissəsində, korpusunda cızıq aşkar etdi. Halbuki, televizorun ayaqlarını heç taxmamışdım da. Bu mənə aid problem deyil, mən televizoru ekranındakı cızığa görə gətirmişdim servisə”.

Aldığı məhsuldan razı qalmadığı üçün onu qaytarmaq, yaxud dəyişdirmək istəyən şikayətçi heç gözləmədiyi və onu əsla qane etməyən bir təklif aldığını bildirir məktubunun sonunda: “Aprelin 28-i telefonuma mesaj gəldi ki, “cihazniz hazirdir”. Servisə getdik, dedilər, ekrani dəyişə bilərik.

Bircə gün belə işlətmədiyim televizorun ekranini niyə dəyişməlidirlər axı?! Belə şey olmaz. Mənə aid olmayan bir qüsur-televizorun korpusundakı ciziq mənim boynuma niyə qoyulmalıdir!?”Sfera.az

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …