Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / “EUROPEAN TOBACCO Baku”da ciddi maxinasiya halları aşkar edilib- RÜFƏT QULİYEVİN OBYEKTLƏRi ƏLİNDƏN ALINIB

“EUROPEAN TOBACCO Baku”da ciddi maxinasiya halları aşkar edilib- RÜFƏT QULİYEVİN OBYEKTLƏRi ƏLİNDƏN ALINIB

Azərbaycan prezidentinin ölkədə sahibkarlığa, iş adamlarına şərait yaradılması ilə bağlı verdiyi göstərişlər versə də, bəzi “işbaz” sahibkarlar ölkə başçısının bu tapşırıqlarından düzgün nəticə çıxarmırlar. Onlar ölkədə iqtisadiyyatın inkişaf etdirilməsinə, yeni iş yerləri açmaq, ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermək əvəzinə öz şəxsi maraqlarını təmin edərək varlanmaq yolunu tutublar. İş adamlarının bu hərəkətləri isə nəticədə cəmiyyət tərəfindən haqlı narazılıqlara yol açır.
Məhz ona görədir ki, son dövrlərdə belə “işbaz” sahibkarlara qarşı ciddi tədbirlər görülməyə başlayıb. Həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə bir neçə iş adamı qanunsuz fəaliyyətinə görə ya cərimə olunub, ya da həbs ediliblər.
Gununsesi.info-ya verilən məlumata görə, son dövrlərdə “cəzalandırılan” iş adamları arasında millət vəkili, “EUROPEAN TOBACCO Baku”nun rəhbəri Rüfət Quliyev də var.
Etibarlı mənbələrdən verilən məlumata görə, “EUROPEAN TOBACCO Baku”da həyata keçirilən yoxlamalar nəticəsində ciddi maxinasiya, vergidən yayınma və digər qanundankənar hallar aşkar edilib.
Əldə etdiyimiz bilgilərə görə, hətta millət vəkilinin rəhbərlik etdiyi şirkətdə aşkar edilən qanunsuzluqlara bağlı Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Deputat Rüfət Quliyevin bu hərəkəti “EUROPEAN TOBACCO Baku”nun əsas sahiblərinin qəzəbinə tuş gəlib. Düzdür, onu həbs etdirməsələr də, “EUROPEAN TOBACCO Baku”dan uzaqlaşdırıblar. İş bununla da kifayətlənməyib. Onun Bakıda, Lənkəranda və digər yerlərdəki bir sıra obyektləri də əlindən alınıb.
Onu da qeyd edək ki, Rüfət Quliyevin başı üzərində bu “qara buludlar” xeyli zaman idi dolanırdı. Hələ bir neçə il bundan öncə “EUROPEAN TOBACCO Baku”dakı maxinasiyalar və digər qanunsuzluqlarla bağlı onun direktorlar şurasının sədrliyindən uzaqlaşdırlması barədə məlumat getmişdi. Lakin o zaman deputat canını bir təhər qurtarmışdı, ancaq bu dəfə o, keçənlərdən nəticə çıxarmadığından tutduğu vəzifədən uzaqlaşdırılmaqla və bir sıra obyektlərini itirməklə canını xilas edə bilib.

Gununsesi.info

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …