Ana səhifə / Araşdırma / Ermənistanda zabit tərəfindən döyülmüş xərçəng xəstəsi olan əsgər ölüb

Ermənistanda zabit tərəfindən döyülmüş xərçəng xəstəsi olan əsgər ölüb

Ermənistanda zabit tərəfindən döyülmüş xərçəng xəstəsi olan əsgər ölüb.
 Azinforum.az  Epress.am-a istinadən verdiyi məlumata görə, Vanadzor sakini Xaçik Barseqyan X.Barseqyan 2014-cü ilin sonlarında həqiqi hərbi xidmətdən qayıdıb, 2016-cı il martın 27-də ayağındakı bədxassəli şişdən vəfat edib.
Ölən gəncin anası Sonik Qazaryanın sözlərinə görə, onun oğlu hərbi xidmətdə olduğu zaman ayağındakı ağrılara şikayət edirdi və axsayırdı: “Məndən oğlumu xidmətdən azad etmək üçün 4 000 ABŞ dolları tələb etdilər. Oğlun hərbi xidmətdən qayıtdıqdan sonra batalyon komandiri Viqen Mkrtçyan tərəfindən döyüldüyünü etiraf etdi. Mən də hərbi komissarlığa şikayət etdim. Lakin komandir bunu inkar etdi və dəlillərin olmadığını bildirdi”.
S.Qazaryan deyib ki, oğlu xəstə yatağında yatarkən əsgər yoldaşları onu ziyarət edib və komandir tərəfindən döyüldüyünü təsdiqləyiblər.
Qeyd edək ki, 2015-ci ilin aprelindəX. Barseqyanın vəziyyəti kəskin pisləşib, onu Moskvaya aparıblar və ona son mərhələ bədxassəli şiş diaqnozu qoyulub. X.Barseqyan Ermənistana qayıdıb, onun ayağı amputasiya olunub, lakin mart ayında vəfat edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın