Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Ermənistan yanır: əhaliyə xəbərdarlıq edildi – FOTOLAR

Ermənistan yanır: əhaliyə xəbərdarlıq edildi – FOTOLAR

Üç gündür ki, Ermənistanı bürüyən yanğınlar davam edir. Vayot Dzor vilayətində üç gün davam edən şiddətli yanğınlar Xosrov Dövlət və Təbiət Qoruğunu da cənginə alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu gün saat 07.30-da yanğının söndürülməsi işinə 77 xilasedici, Araratdakı hərbi hissənin 50 hərbçisi, 60 polis, 50 nəfər meşə işçisi, həmçinin Urtsadzor kəndinin sakinləri cəlb olunub.

Bundan əlavə, Müdafiə Nazirliyinin vertolyotları yanğını söndürmək üçün 6 uçuş həyata keçirib.

Erməni mütəxəssislər günlərdir ki, davam edən yanğınlar nəticəsində qoruqdakı və meşələrəki nadir canlıların məhv oldğunu deyir.

Həmçinin yanğından canını qurtarmaq üçün yaşayış məntəqələrinə üz tutan vəhşi heyvanların hücumundan qorunmaq üçün əhaliyə xəbərdarlıq edilib.

 

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …

Bir cavab yazın