Ana səhifə / Araşdırma / Ermənilərin yetişdirdiyi xüsusi təyinatlı qızlar AZƏRBAYCANLI OLİQARXLARIN İFŞA KABUSU

Ermənilərin yetişdirdiyi xüsusi təyinatlı qızlar AZƏRBAYCANLI OLİQARXLARIN İFŞA KABUSU

İstər Rusiyada, istərsə Türkiyədə erməni qızlarının insan alverçilərinin qurbanı olduqları ağılabatan deyil. Dünyanın bir çox ölkəsində erməni qızlarının öz bədənləri sataraq pul qazanması da real görünmür. Bəs o zaman erməni qızları böyük şəhərlərdə nə axtarırlar.
 Erməni xüsusi xidmət orqanları və terror təşkilatları mütamadi olaraq qadın agentlərdən istifadə edir. Dünyanın məşhur nəşrlərindən biri “Morning” qəzetinin yazdığına görə, Ermənistan xüsusi xidmət orqanları region ölkələrində fəaliyyət göstərmək üçün xüsusi qızlar yetişdirirlər. 2017-ci ilin avqustunda Türkiyədə həbs edilən 19 erməni qızının ifadəsi hər kəsi şoka salmışdı. Qızlar istintaqa Türkiyəyə erməni polkovnik Karen Babakexyan tərəfindən göndərildiklərini açıqlamışdılar.
Ermənistan polisinin təşkil olunmuş cinayətlə mübarizə şöbəsinə rəhbərlik etmiş Karen Babakexyan bu işə uzun illər rəhbərlik edib və Ermənistanın rəsmi dairələri ona dəstək verib. 2013-cü ildə Türkiyəyə yola salınmış həmin qızların Türkiyədə nə işlə məşğul olduqlarını bu ölkənin təhlükəsizlik orqanları araşdırır. Qızlar Trabzonda “seks köləsi” olduqlarını iddia edirlər. Amma belə ehtimal edilir ki, bu, onların fəaliyyətinin görünən tərəfidir. Reallıqda isə onların casus şəbəkəsi kimi fəaliyyət göstərdiyi güman edilir. Xüsusi xidmət orqanları bu qızları seçərkən onların gözəlliyinə və cazibədarlığına xüsusi diqqət verir. Rusiyada daha çox Azərbaycanlı imkanlı şəxsləri ələ keçirtməklə məşğul olan belə qızlar, özlərini adətən rus və yaxud başqa millətlərin nümayəndəsi kimi təqdim edirlər.
Daha bir maraqlı məqam isə, xüsusi xidmət orqanlarının tanınmış erməni incəsənət nümayəndələrindən istifadə etməsidir. Bu variant daha çox Rusiya və Türkiyədə özünü doğruldur. Katibə kimi yerləşdirilən erməni qızları mütamadi şəbəkənin əsas fiqurlarını məlumatlandırır. Adətən bu işlə əlaqələndirici qızlar məşğul olur.
Belə qızların Azərbaycana da göndərildiyi ehtimal edilir. Erməni kəşfiyyatı bunun üçün Rusiyanın və digər ölkələrin hüquq-mühafizə orqanlarında işləyən milliyyətcə erməni əməkdaşlardan da istifadə edə bilərlər. Yəni İrəvanda Azərbaycanda işləmək üçün yetişdirilmiş qızlar Rusiyada və ya başqa ölkədə doğulmuş azərbaycanlı kimi Azərbaycana yerləşdirilə bilər. Bu qızların nüfuzlu şəxslərin yanına katibə, sevgili və s. kimi yerləşdirilməsi istisna edilmir.(Gununsesi.info)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …