Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Erməni zabitin döydüyü əsgər yaddaşını itirib

Erməni zabitin döydüyü əsgər yaddaşını itirib

Ermənistan Silahlı Qüvvələrinin zabiti tərəfindən döyülən əsgər yaddaşını itirib və qohumlarını tanımır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu döyülən əsgər Artur Akopyanın xalası Edita Arutyunyan bildirib.

Onun sözlərinə görə, əsgərin döyülməsi hadisəsi noyabrın 6-da baş verib: “Bu vaxtadək ondan xəbərimiz olmayıb. Artur heç kimi tanımadı. Elə davamlı surətdə təkrar edirdi: “Civan məni döydü. Civan mənə işgəncə verdi”. Onun əsasən başına vurublar. Onu hospitalda görəndə tanımadım. Bacım oğlu onu döyənlərin sayını da xatırlamır. O, dostları ilə birlikdə siqaret çəkməyə çıxıb. Zabit onları hərbi hissənin qapısında görüb. Dostu qaçıb, Artur qaçmağa macal tapmayıb. Sonra da onu döyüblər”.

Məlumta görə, Artur Akopyan 2015-ci il yanvarın 16-dan Ermənistan Silahlı Qüvvələrində xidmət edir. O, Yerevanda anadan olub. Xəbərdə bildirilib ki, hərbi hissənin və hospitalın rəhbərliyi hadisə ilə bağlı Artur Akopyanın ailəsinə məlumat verməyib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın