Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Ermənistanda yanğın – kənd camaatı da səfərbər olundu (VİDEO)

Ermənistanda yanğın – kənd camaatı da səfərbər olundu (VİDEO)

Ermənistan ərazisində növbəti meşə yanğınları başlayıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, ötən gecə boyunca Araqatsotnsk vilayətinin Byurakan kəndinin ərazisini əhatə edən yanğının söndürülməsi işi davam etdirilib. Yanğının ram edilməsi işlərinə 154 xilasedici-yanğınsöndürən cəlb olunub. 5 sentyabr saat 06.20-də Ermənistan Müdafiə Nazirliyinin vertolyotu da havaya qaldırılıb.

Vertolyotun köməyi ilə bəzi yanğın ocaqlarını lokallaşdırmaq mümkün olsa da, təhlükə tam aradan qalxmayıb. Erməni mediası yazır ki, Byurakan kəndinin 80 hektar ərazisi yanıb. Ermənistan ordusu, polisi, meşə təsərrüfatı əməkdaşları, həmçinin Byurakan və Orqov kəndlərinin sakinləri də yanğının söndürülməsi ndə iştirak edir. Hələlik yanğının kəndlərə keçməsinə imkan verilmir.

Bundan əvvəl Ermənistanın Xosrov meşəsində bir həftə davam edən yanğını yalnız Rusiyanın yanğınsöndürən təyyarəsi söndürə bilmişdi.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın