Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Ermənistanda deputat oğlu özünü güllələdi – Post uğrunda mübarizə

Ermənistanda deputat oğlu özünü güllələdi – Post uğrunda mübarizə

Ermənistanda deputat oğlu özünü güllələyib.

Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Verdevan Qriqoryanın oğlu yaşadığı evin zirzəmisində başından odlu silahdan açılmış atəşlə ölmüş vəziyyətdə tapılıb.

İyirmi iki yaşlı Arşak Qriqoryanın ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırma” və “qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, deputat Vardevan Qriqoryan Gümrünün meri postuna namizədliyini irəli sürüb.

Son vaxtlar Ermənistanda mer postu uğrunda gedən mübarizə gərginliyi ilə diqqət mərkəzindədir. Belə ki, bir neçə gün əvvəl də Eçmədzin meri postuna namizədlər arasında silahlı insindet yaşanmışdı. İndiki icra başçısı Karen Qriqoryanın avtomobili bu posta namizəd olan Artur Tumanyan tərəfindən atəşə tutulmuşdu.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın