Şənbə , May 28 2022
Ana səhifə / Araşdırma / Ermənilər üçün “Urartu nağılı”nın müəllifləri

Ermənilər üçün “Urartu nağılı”nın müəllifləri

XVlll əsrdə Osmanlı imperiyasını parçalamaq üçün anqlo-saklar ,ruslar imperiyanın ərazisində yaşayan xalqları türklərə düşmən etmək üçün böyük oyuna başladılar.Bu sınağı monofiz xristianların üzərində aparmağa nail oldular və bunlar üçün tarix “yazmağa”,dövlət “qurmağa”başladılar.Tarixə məlum olmayan “erməni dövləti qurmağa”,tarixə məlum olan ,başqa millətlərə mənsub olan dövlətləri isə “erməni dövləti”kimi təqdim etməyə başladılar.
Bu dövlətlərindən ən önəmlisi isə Urartu dövləti oldu.
Dağıdılmış qalaların,şəhərlərin xarabalıqlarından tapılmış əlyazmalar arasında ermənilərə aid heç nə tapılmadıqda ,özləri saxtakarlığa başladılar .e.ə. IX-VIl əsrlərdə mövcud olmuş Urartu dövlərinə aid,indiki Ermənistan ərazilərində iki qədim qala mövcud olmuşdur.
1.Qarmir Bulur (qırmızı təpə) təpəsindəki Teyşebaini.
2.Adın Berd təpəsindəki Erebuni qalasıdır.
XX əsrin ortalarına qədər bu qalalar haqqında heç bir məlumat olmayıb.İndi isə hər bir erməniyə məlumdur.
Urartu- müəyyən məqsədlərlə,müəyyən qüvvələr tərəfindən saxtalaşdırılmış ,qaranlıq insan keçmişindən qazılmış naməlum cəsəddir.
Diqqət edək:
1879-cu ildə İrəvan sakini Yer-Avetisov Erebuni qalası ərazisindən qədim daş kitabə “tapdığını”elan edir .15il sonra,1894 -cü ildə rus filoloqu A.A.İvanovskiy bu daşı Ter -Avetisovdan “aldığını “bəyan edir .
XXəsrin əvvəlində assuroloq M.B.Nikolskiy bu daşın rəsmini və təxmini tərcüməsini verir,amma daş haqqında,tərcümə haqqında heç bir məlumat yoxdur.Təxmini belə oxuyub “Urartu çarı l Argişti burada taxıl ambarı inşa edib”.

1950 ci ildə arxeoloji qazıntı zamanı K. L .Oqanesyan yeni 2ədəd yazılı daş”aşkar edir”Birincidə çar ll Sardurinin taxıl ambarı inşa etməsi haqqında,ikinci isə l Argiştinin Erebuni qalası tikdirdiyi haqqında məlumat var.Bu daşların
isə ancaq müasir formada çəkilmiş şəkilləri var.

Maraqlı odur ki, qazıntılar zamanı tapılmış yazıların çəkilmiş heç bir şəkili yoxdur.
İl Sarduri haqqında 1850 ci ildə Türkiyə ərazisində Vanda qayaüstü rəsmlərdə G.Leyerd,1915 ci ildə isə N.Y.Maar yazıları oxumuşlar. Sarduriyə məxsus olan daş stellalar ı isə tapmaq olmur.

1850 ci ildə ingilis arxeoloqu Qustin Genri Leyerd l Argiştiyə aid yazını və şəklini verir .

8 il axtarışdan sonra Erebunidən divarın yuxarı hissəsindən, hamının gözü qarşısından ,tamamilə bütöv saxlanılmış yazılı daş “tapılır.”

Erebuni qalasının tarixinin Roma şəhərinin tarixindən qədim olması haqqında iddialar yaranmağa başlayır.

Arin berd təpəsinin tədqiqatı 1950-1958 illərdə Dövlət Ermitajının əməkdaşı B.B.Piotrovskiyə tapşırılır.
1940 cı illərdə oğlu və həyat yoldaşı ilə Erebunudə şəkilləri olduğu halda ,nədəncə 15 ildən sonra “tapdıqları “əşyaların şəklini çəkməyi unudublar.

Piotrovski misirşünas idi,müəllimi ,şotland əsilli N.Y. Marr onu Qafqaza getməyi məsləhət görür.
1930 cu illərdə ekspedisiya başlayır,1936 cı ildə təsadüfən A.P.Demoxin,Göyçə gölünün sahilindən,Çar Russoya məxsus bu daş abidələri aşkar edir və muzeyə verir.

Urartu dövlətinin tədqiqi və təhrifində iştirak edən və bunları maliyələşdirənlər kimlərdir?
İlk öncə sifarişi yerinə yetirən A.A.Piotrovski sadəcə icraçı idi.

Əsas canfəşanlıq edən şotland əsilli ,sonradan İ.V.Stalinin də rəğbətini qazanan “Qədim erməni dili “kitabının müəllifi N.Y.Marr idi.

Marr ermənicə bilmirdi,hətta buna etiraz edən erməniyə belə bir cavab vermişdi “Balıqlara ixtioloq (balıqçılıqla məşğul olan) olmaq icazəsi verilmir”
1904 ci ildə Ani şəhərində tədqiqatları davam etdirmək üçün varlı ermənilərə və erməni kilsəsinə mailiyyə köməyi etmək üçün məhşur məktubu da var.
Bu işlərə əsas dəstək verən və göstərişlər verən
1846 cı ildə yaradılmış RUS İMPERİYASI ARXEOLOJİ TƏŞKİLATIdır.Bu təşkilatın yaradıcıları isə Varşava yəhudisi,kolleksioner Yakov Reyxel və İmperiya və Romanovlar gerbinin müəllifi, Bernard Kyone (yəhudi) idi.

RİAT nın birinci prezidenti isə Qersoq Leyxtenberski idi.

Bu işlərin əsas təşkilatçısı olan, l Nikolayın kürəkəni Leyxtenberskinin Qış sarayında qalvonoplastik laboratoriyası olub ki, burada daşlar üzərinə yazılar yazıb,hətta ona min illik tarix qoymaq,tarixi abidələr yaratmaq üçün hər cür şəraitlər olub.

Tarixçi alim Şahlar Hacıyev

Həmçinin oxuyun

İş adamı Soltanpaşa Məmmədovun oğlunun yarım milyonunu qumarda kimlər udub?

Bir neçə gün öncə  Laçın rayonunda hərbi xidmətdə olan 2003-cü il təvəllüdlü,  Şamaxı sakini  Məlikov …