Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Araşdırma / Ermənilər Parisdə təxribat törətdi – Azərbaycanlılara qarşı

Ermənilər Parisdə təxribat törətdi – Azərbaycanlılara qarşı

Fevralın 26-da erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Église Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsularla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər.

Qafqazinfo” xəbər verir ki, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün ciddi cəhdlər göstərib və nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar. Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar.

300 qonağın iştirak etdiyi konsert iştirakçıları arasında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov və Azərbaycan Dostları Assosiasiyasının prezidenti, millət vəkili Jan-Fransua Mansel də olub.

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkarı Enrike Qranadosun “Orientale” adı əzəmətli və ecazkar əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib: “Musiqi susmaq mümkün olmayanda bildirə bilmədiklərini ifadə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızqın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalinin şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olmuşdur.

Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır”.

Ermənilər Parisdə təxribat törətdi -  Azərbaycanlılara qarşı
Ermənilər Parisdə təxribat törətdi -  Azərbaycanlılara qarşı
Ermənilər Parisdə təxribat törətdi -  Azərbaycanlılara qarşı
Ermənilər Parisdə təxribat törətdi -  Azərbaycanlılara qarşı
Ermənilər Parisdə təxribat törətdi -  Azərbaycanlılara qarşı

Həmçinin oxuyun

DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım …

Bir cavab yazın