Ana səhifə / Araşdırma / Ermənilər “Neftçi”nin sabiq futbolçusunu mahnıya görə öldürüb

Ermənilər “Neftçi”nin sabiq futbolçusunu mahnıya görə öldürüb

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb. 
Məlumata görə, Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər.

Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə soxub. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar.

Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. Emil Hüseynovun həyatını xilas etmək olmayıb. Polis azərbaycanlını bıçaqlayan 5 ermənini tutub. Altıncı erməni isə hazırda axtarılır. Mərhumun cənazəsi bu gecə saat 00:40-da dəfn olunmaq üçün Gəncə şəhərinə gətiriləcək.
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində “Neftçi” və artıq fəaliyyətini dayandırmış “Karvan” və “Abşeron” komandalarının formasını geyinib (ANS PRESS).

*   *   *12:03

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 28 yaşında dünyasını dəyişib.

“Report”un əldə etdiyi məlumata görə, E.Hüseynovun ermənilərlə dava zamanı bıçaqlandığı bildirilir. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində “Neftçi” və artıq fəaliyyətini dayandırmış “Karvan” və “Abşeron” komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron”un da dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq Rusiyaya işləməyə yollanıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın