Ana səhifə / Araşdırma / “Erməni soyqırımı”nın “xaç ataları” kimlər olub? – FAKTLAR

“Erməni soyqırımı”nın “xaç ataları” kimlər olub? – FAKTLAR

1915-ci ildə Türkiyədə yaşayan ermənilərin kütləvi surətdə qırılması iddiasının əsl müəllifləri ermənilər deyil. Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasını parçalamaq istəyən xristian dövlətlərinin missionerləri ilk dəfə belə bir iddia ilə çıxış etmişdilər. Uydurma “erməni soyqırımı”nın “xaç ataları” yəhudi Henri Morqentau (1913-1916-cı illərdə ABŞ-ın Türkiyədəki səfiri olmuşdur), alman İohann Lepsius (Alman-Erməni Cəmiyyətinin sədri), ingilis Ceyms Brays (İngilis-Erməni Cəmiyyətinin sədri), fransız tarixçisi və arxeoloqu Jak de Morqan, rus yazıçısı Valeri Bryusov, avstriyalı yazıçı Frans Verfel və başqaları olmuşlar.

Bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə 2018-ci ildə çap olunan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında öz əksini tapıb.

“Birinci Dünya müharibəsi zamanı ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə mayın 27-də Osmanlı hökuməti məcburiyyət qarşısında qalıb, erməniləri müharibə rayonundan ölkənin içərilərinə köçürmək haqqında “Təhcir qanunu” qəbul etmişdi. Həmin qanun 1 iyun 1915-ci ildə rəsmi olaraq qüvvəyə minmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.

Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon erməni qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili şəkildə bağlanması, onların rəhbərlərinin isə həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, belə bir əmrin veriləcəyindən əvvəlcədən xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin”. Həmin teleqram aprelin 24-də, yəni əmr verilən gün artıq ABŞ prezidentinə çatdırılmışdı.

Ümumiyyətlə, müharibə zamanı Rusiya 12 milyon, Fransa 1 milyon, Böyük Britaniya 0,6 milyon, Almaniya 1,473 milyon əsgər itirmişdi. Təbii ki, ermənilərin yığcam yaşadıqları ərazilərdə gedən döyüşlər zamanı ermənilər də tələf olmuşdular. Qərb mütəxəssislərinin qənaətlərinə görə, üst-üstə Birinci Dünya müharibəsi ərzində və milli mücadilə illərində Türkiyə ərazisində 2,5 milyon müsəlman və 600 min erməni həlak olmuşdu”, – kitabda bildirilib.

/Konkret.az

Həmçinin oxuyun

Sərhədçiləri öldürən şəxslərdən birinin kimliyi bilindi

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə …