Ana səhifə / Araşdırma / Erməni Parisdə maşını müsəlmanların üstünə sürmək istədi

Erməni Parisdə maşını müsəlmanların üstünə sürmək istədi

Fransanın paytaxtı Paris şəhərinin yaxınlığındakı Kreteydə yerləşən məscidin yaxınlığında sürücü avtomobili kütlənin üstünə sürmək istəyib. Virtualaz.org RİA “Novosti”yə istinadən bildirir ki, məlumatı yerli “Parisien” nəşri yayıb.

Mənbəyə görə, avtomobil divara çırpılıb və bundan sonra sürücü polis tərəfindən yaxalanıb.

Saxlanılmış şəxs sərxoş və narkotik maddələrin təsiri altında olmayıb. Bildirildiyinə görə, söhbət erməni millətindən olan kişidən gedir və o. polis əməkdaşlarına deyib ki, “Bataklan” və Yelisey düzündə baş verənlərə görə qisas almaq istəyirmiş.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın