Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Erməni ailəsini güllələyən rus əsgərə ömürlük həbs verildi

Erməni ailəsini güllələyən rus əsgərə ömürlük həbs verildi

Ermənistanda 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən rus hərbçi Valeri Permyakovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 Azinforum.az  erməni KİV-nə istinadən xəbər verir ki, məhkəmə Permyakova ömürlük həbs cəzası verib.

Məhkəmənin keçirildiyi binada təhlükəsizik tədbirləri gücəndirilib. Qərar açıqlanarkən zərərçəkənlərin yaxınlarından heç kim məhkəmə zalında olmayıb.

Xatırladaq ki, Permyakov 2015-cil yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.

*   *   *11:33

“Bu gün Şirak vilayətinin ümumi ədliyyə məhkəməsində 2015-ci il yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakova hökm oxunacaq”.

Tert.am nəşri xəbər verir ki, Permyakov gözlənildiyi kimi, ömürlük həbs cəzası alacaq.

Amma “Joxovurd” qəzetinin məlumatına görə, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.

Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir.

“Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”, – qəzet yazıb.(oxu.az)

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın