Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Elnur Nağızadə barədə açıqlama: “Bu, o demək deyil ki…”

Elnur Nağızadə barədə açıqlama: “Bu, o demək deyil ki…”

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində korrupsiya faktı aşkar edilməyib. Əgər hər hansı bir dövlət qurumu, bələdiyyə və ya QHT üzvü dələduzluq faktı edibsə bunu həmin qurumun adına yazmaq olmaz”.

Bu sözləri Modern.az-a açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, deputat Bəxtiyar Əliyev deyib.

Bəxtiyar Əliyev qeyd edib ki, həmin şəxslərin korrupsiya əməlləri onların şəxsi həyatı, orada tutduğu dövlət işi ilə bağlı olmayan məsələlərdir.

“Ona görə də həmin dövlət qurumlarında korrupsiya faktı aşkar edilməsi fikrini səsləndirmək düzgün deyil. Orada çalışan bir vətəndaş hər hansı cinayət əməli törədə bilər, bu o demək deyil ki, həmin qurum bunu edib. Şəxs də fərdi qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir və törətdiyi əməl sübuta yetirlərsə ona uyğun adekvat cəza verilməlidir”.

Deputat həmçinin bir sıra dövlət qurumlarında korrupsiya əməllərinə görə yoxlama aparılması xəbərlərinə də aydınlıq gətirib.

“Maliyyə yoxlamaları hər yerdə keçirilir və bu keçirilməlidir. Hesablama Palatası yoxlamalar aparır və baxır ki, bu maddəyə uyğun vəsait digər maddəyə xərclənib. Bu qanunsuzdur, burada yeyintidən söhbət getmir.

Ona görə həmin vəsaitlər geri ödənilir. Yeyinti hallarına görə Baş Prokurorluq yanında Korrupsiya qarşı Baş Mübarizə İdarəsində təxminən 20-dən artıq cinayət işinin istintaqı başa çatdırılıb və məhkəmələrə göndərilib. Onların bəzilərinə məhkəmə baxışı həyata keçirilib və məhkəmə hökmləri də var”.

Qeyd edək ki, TQDK-nın keçmiş mətbuat xidməti Elnur Nağızadə və Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanova cinayət işi açılıb.

Elnur Nağızadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi açılıb.

Səfər İmanov barəsində isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq icraata verilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın