Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Elnarəyə cinayət işi açıla bilər” – Bayquş məsələsi

“Elnarəyə cinayət işi açıla bilər” – Bayquş məsələsi

ANS telekanalının “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova hicablı xanımları təhqir etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər.
Bu barədə AzNews.az-a hüquq müdafiəçisi Müzəffər Baxış deyib. Onun sözlərinə görə, əgər hicablı xanımlar Elnarə Təhməzovanın bu ifadəsini özlərinə qarşı təhqir hesab etsələr, onlar xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilərlər: “Elnarə Təhməzovanın hərəkətini təhqir kimi qiymətləndirirəm. Konkret olaraq, o, hicablı xanımları nalayiq formada “bayquş” adlandırıbsa, bu artıq təhqirdir. Kütləvi informasiya vasitələrində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır”.

M.Baxış vurğulayıb ki, təhqirə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub: “Həmin maddəyə görə, 200 manatdan 1000 manata kimi cərimə, 240 saatdan 480 saat müddətinə ictimai işlər, bir il müddətinə islah işləri və ya 6 aya kimi azadlıqdan məhrum edilə bilər”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın