Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Eldar Mahmudov Gülağa Tənhanı izlətdirib – “Qiymətli daşların qaçaqmalçılığı…”

Eldar Mahmudov Gülağa Tənhanı izlətdirib – “Qiymətli daşların qaçaqmalçılığı…”

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tapşırığı ilə telefon danışıqları dinlənilən iş adamlarının içərisində şəxsiyyəti ictimaiyyətə bəlli olan biznesmen, şair Gülağa Qəmbərov (Tənha) da var.

Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, G.Tənha qiymətli daşların qaçaqmalçılığında şübhəli bilindiyi üçün dinlənilib.

Ləğv olunmuş MTN-nin Monitorinq Mərkəzi və Əməliyyat-texniki idarəsi tərəfindən telefon nömrələri ətrafında əməliyyat-texniki tədbirlərin keçirilməsinə dair tapşırıqlara baxış keçirilərkən bəlli olub ki, protokolda təvəllüdü, anadan olduğu, yaşadığı və iş yeri göstərilməyən Gülağa Qəmbərovun telefon nömrələri üzrə “RKM” əməliyyat tədbirin keçirilməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın təşəbbüskarı Füzuli Əliyev olub, Sübahir Qurbanov və Teymur Quliyev təsdiqləyib. Nazir Eldar Mahmudov isə tapşırığın yuxarı hissəsinə “icazə verirəm” yazaraq imzalayıb. Tapşırıqda “obyekt qiymətli daşların qaçaqmalçılığı ilə məşgul olur” qeydi var.

İstintaq materialından görünür ki, G.Tənha 2015-ci ilin aprel-iyun aylarıdan dinlənilib. Cinayət işinin materiallarında G.Tənhanın istintaq dövründə ölkədə olmadığı üçün dindirilməsi qeyri-mümkün olub.

Qeyd edək ki, G.Tənhanın izlənilməsi 2016-cı ilin avqust ayında istintaqa bəlli olub və ibtidai araşdırmanın davam etdiyi dövrdə, oktyabrın 7-də o, iş adamı İlham Qasımovun məhkəmə prosesində zərərçəkmiş şəxs qimsində iştirak edərək ifadə verib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın