Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Eldar Həsənovun “Neolit”i gülləbaran edən qohumu haqda yeni xəbər

Eldar Həsənovun “Neolit”i gülləbaran edən qohumu haqda yeni xəbər

Bir neçə il əvvəl Yeni il gecəsi paytaxtın ənməşhur restoran-şadlıq evlərindən birisayılan «Neolit»də baş verən qanlı atışmahaqda Mia.az-a yeni məlumatlar daxil olub. Aydın olub ki, «Neolit»də qanlı atışmatörədən “Bakı Şərab-2” ASC-nin Idarə Heyətinin sədri Rabil Hüseynovun böyük oğlu, keçmiş prokurorluq əməkdaşı Şahin Hüseynli doğma bibisi oğlu Yaşar Məlikovun məkanında belə bir hərəkət etməsi təsadüfiolmayıb. Yəni bu içkinin yaratdığı keflilikdən baş verməyib.

Xatırladaq ki, həmin vaxtı Bakı Şəhər Baş Polis İdarəsi və paytaxt Prokurorlğunun birgəyaydığı məlumatda bildirilirdi ki, yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda – M.Əliyev küçəsində yerləşən və çoxsaylı insanların istirahət etdiyi “Neolit” restoranının qarşısında ictimai qaydanın kobud surətdə pozulması ilə vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hadisəsi qeydə alınıb. Həmin tarixdə Bakı şəhər sakini, heç bir yerdə işləməyən Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün qeyd edilən restorana gələrək özünə məxsus “Jaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə o, bundan daha da əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan hərəkətlər edərək avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Bu zaman restoranda istirahət edən çoxsaylı insan vahiməyə düşərək, restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gəlmiş Nizami Rayon Polis İdarəsinin polis nəfərləri tərəfindən Şahin Hüseynli zərərsizləşdirilib. Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Doğrudur, faktla bağlı cinayət işi açılsa da, bir neçə ay sonra Şahin Hüseynli heç nəolmamış kimi azadlığa buraxılıb. O, hazırda da Bakıda – Nərimanov rayonu ərazisində biznes fəaliyyəti ilə məşğul olur.

Mia.az-a verilən məlumata görə, keçmiş prokurorluq əməkdaşının belə bir silahlıbasqına vadar edən səbəb illər əvvəl atasının yanında anbardar işləmiş YaşarMəlikovun onlara 2 milyon dollardan çox kələk gəlməsi haqda söz-söhbətdən doğub. Şahin Hüseynli də bibisi oğlunun bu fırıldağını ona aradan illər ötməsinə baxmayaraq, hələ də bağışlamaq niyyətində olmayıb.

Məsələnin ən maraqlı tərəfi isə Şahin Hüseynlinin o hadisədən, yəni «Neolit»dəki qanlıolaydan necə «təmiz»ə çıxarılmasıdır.

Bu barədə bizi məlumatlandıran şəxsin sözlərinə görə, Şahin Hüseynlinin o zamanazadlığa çıxmasında təkcə atası Rabil Hüseynov və ya onun qudası olan ölkənin sabiqbaş prokuroru Eldar Həsənov rol oynamayıblar: «Adıçəkilənlərlə yanaşı, ŞahinHüseynlinin yaxın dostu, hazırda Hacıqabulun prokuroru olan Tariyel Qurbanovun dakifayət qədər rolu olub. Az öncə Dini Komitənin sədri təyin edilən Mübariz Qurbanlınındoğma qardaşı Tariyel Qurbanovla Şahin Hüseynli çox yaxın dost olublar. Hətta onunŞahin Hüseynlini bir neçə «zibil»dən də xilas etdiyi haqda ciddi xəbərlər var».

Təəssüf ki, bu və ya digər xəbərlərlə bağlı tərəflərin mövqeyini öyrənə bilmədiyimizdəntəfərrüatlara toxuna bilmədik.

Yeri gəlmişkən, onu da qeyd edək ki, «Neolit»in sahibi Yaşar Məlikov haqda da Mia.az-ayeni məlumatlar verilib. Bu məlumatların arasında onun oğlu ilə bağlı maraqlı məqamlarda var.

Mia.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …