Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Elçin Behbudovun qardaşı saxlanıldı

Elçin Behbudovun qardaşı saxlanıldı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun qardaşı saxlanılıb. Modern.az saytına daxil olan məlumata görə, Elnur Behbudov qatarda bələdçi işləyib.
O, özünü polis əməkdaşı kimi təqdim edərək müəyyən məbləğ müqabilində insanları işə düzəldəcəyinə dair təminat verirmiş. Hadisə bir neçə dəfə təkrar olunduğundan hüquq-mühafizə orqanları onun izinə düşüb.
Yaxınlarının verdiyi məlumata görə E.Behbudov Yasamal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda istintaq tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın