Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Elə olsaydı, Əli Abbasov indi məhkəmədə olardı” – Rəis 6,8 milyondan danışdı

“Elə olsaydı, Əli Abbasov indi məhkəmədə olardı” – Rəis 6,8 milyondan danışdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsində qeyd edilən keçmiş nazir Əli Abbasovun istintaqa 6,8 milyon manat ödəməsinin səbəbi barədə “Qafqazinfo”nun sualına cavab verən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, həmin işlə bağlı təqsirləndirilən şəxslər tərəfindən ziyanın ödənilməsi təmin olunub:

“Cinayət işi ayrıca icraata götürülüb, Baş İdarə tərəfindən istintaqı aparılır. Bu cinayət işi çərçivəsində də ziyanın ödənilməsi davam etdirilir. Yerdə qalan detalları isə icazə verin, açıqlamayım. Nə qədər ki, istintaq gedir, bu, istintaq sirridir”.

“Əli Abbasov pulu təqsirləndirilən şəxs qismindəmi ödəyib?” sualına K.Əliyev “Əli Abbasov təqsirləndirilən şəxs qismində ödəmiş olsaydı, yəqin ki, indi o da məhkəmədə olardı. Hesab edirəm ki, ətraflı cavab verdim”,- deyə bildirib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın