Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Məmurla hakimin sövdələşməsi nələrə səbəb olub? – FOTO

Məmurla hakimin sövdələşməsi nələrə səbəb olub? – FOTO

 

Nadir Musayevi BDYPİ-nin mayoru və ƏN-nin sabiq əməkdaşı “tor”a necə salıb?

Yaşadığımız ictimai həyatda hər kəsin atdığı addımlarla bağlı hüquqi tənzimləmələr movcuddur ki, bu da istənilən şəxsin məsuliyyətini müəyyən etməyə tam əsas verir. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bəzən atdığı addımlarının məsuliyyətini dərk etməyən, daşıdığı vəzifəsinin mahiyyətini lazımınca qiymətləndirməyi bacarmayan, ayrı-ayrı şəxsləri narazı salmaqla əksəriyyətin qınaq obyektinə çevrilən elə vəzifə sahibləri var ki, həmin şəxslərlə bağlı əksər media qurumlarında dərc olunan açıqlamalar, çox zaman medianın gündəmi zəbt edən mövzulardan birinə də çevrilir. Belə ki, 2014-cü ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68, ev-2, mənzil-86-da ünvanda yaşayan Musayev Nadir Musa oğlunun üzləşdiyi problemlər də, ayrı-ayrı vəzifə sahibləri tərəfindən yaradılan problemlərdəndir. Bu günlərdə adı çəkilən şəxs bir çox dövlət qurumlarının rəhbərlərinə ünvanladığı şikayət ərizəsinin bir surətini “Gündəm Xəbər”in redaksiyasına da təqdim edib. Nadir Musayev redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir ki, “2014-cü ilin sentyabr ayından bir neçə şəxsin işbirliyi nəticəsində külli miqdarda pulum “əlimdən gedib”. İndiyə kimi döymədiyim qapı, müraciət etmədiyim dövlət qurumu qalmayıb.

DYP mayoru ilə hakimin sövdələşməsi nələrə səbəb olub? - FOTO

Ünvanladığım şikayətlərimə heç zaman obyektiv baxılmamış, dələduzluq etmiş şəxslər hüquq-mühafızə orqanı əməkdaşları tərəfindən müdafiə olunduqlarından, ünvanladığım şikayət və müraciətlərimin heç bir nəticəsi olmayıb.
Əvvəla onu qeyd edim ki, mən Bakı şəhəri Dəri-Zöhrəvi Dispanserində uzun illərdir ki, feldşer işində çalışıram. Özəl ali tibbi təhsilim olduğundan heç cür həkim vəzifəsinə keçə bilmirdim. Düzdür, mən belə bir niyyətimi həyata keçirmək istəyində idim, amma həllinə nail ola bilmirdim. 2014-cü ilin sentyabr ayında Baş Dövlət Yol Polis İdarəsi, Yol Polisi Xidməti Alayında inspektor vəzifəsində çalışan, polis mayoru Musayev Rasim Sadıx oğlunun həyat yoldaşı Musayeva Sevda Mərifət qızı məni yaşadıqları evə dəvət etdi və həkimlik işinə düzəlməyim üçün, mənə köməklik edəcəyini bildirdi. Hətta o, onu da bildirdi ki, “Mən bu günə kimi belə işləri çox görmüşəm”. Həmin vaxt Sevda Musayeva həyat yoldaşı Rasim Musayevin yanında sonradan tanıdığım Ədliyyə Nazirliyi, İcra Baş İdarəsinin Azər Orucov adlı əməkdaşına zəng etdi və bir qədər onunla söhbət etdikdən sonra, mənim onun yanına getməyimi bildirdi. Bu işin müqabilində həmin şəxsə 15 min manat pul verməli olduğumu və işin iki gün ərzində həll olunacağını da söylədi.

DYP mayoru ilə hakimin sövdələşməsi nələrə səbəb olub? - FOTO

Sevda Musayevanın Azər Orucova etdiyi zəngi və verdiyi tapşırıq əsasında, 25 sentyabr 2014-cü il tarixdə Yasamal rayon ərazisində yerləşən Bakı Apelliyasiya Məhkəməsinin inzibati binasında onunla görüşdüm və 15000 ınanat pulu ona verdim. O, pulu məndən aldıqdan sonra yüksək vəzifəli şəxslərin vasitəsilə bu işi qısa müddət ərzində həll edəcəyinə söz versə də, sonradan o, mənim telefon zənglərimə cavab belə vermədi və məni uzun müddət get-gələ salmağa başladı. Üç aydan çox vaxt keçməsinə baxmayaraq, işin heç bir nəticəsi olmadı. Azər Orucovun telefon zənglərimə cavab vermədiyini, görüşə gəlməkdən yayındığını Sevda Musayeva və onun həyat yoldaşı Rasim Musayevə dəfələrlə bildirsəm də, hər iki şəxs məni arxayın edib gözləməyimi məsləhət gördülər. Rasim Musayevlə 2014-cü ilin dekabr ayında görüşərkən, o, mənə “Azər Orucov yüksək rütbəli məmurun qohumudur, ona heç nə etmək mümkün deyil. O, həmin pulu sonra sənə qaytaracaq” dedi. Bundan əlavə Rasim Musayev mənə onu da bildirdi ki, “Özüm 20 min dollara bu işi tez bir zamanda həll edə bilərəm. Çox yaxın vaxtlarda məni Şəki şəhər Dövlət Yol Polis Şöbəsinə rəis də təyin edəcəklər. Həmin vaxt yüksək rütbəli məmurlarla görüşüb özüm bu məsələni həll edəcəyəm”.

DYP mayoru ilə hakimin sövdələşməsi nələrə səbəb olub? - FOTO

Mən onun belə bir danışıqlarına inanıb 2014-cü ilin dekabr ayında hər dəfə 10 min dollar olmaqla 20 min dollar pulu xidməti otağında ona verdim. Çox keçmədi ki, Rasim Musayev Şəki şəhər YPŞ-nə rəis təyin olundu. O halda onun danışdıqlarına bir qədər də inandım. Amma, çox keçmədi ki, onu həmin vəzifədən azad etdilər. Dəfələrlə işimlə bağlı ona zəng edirdim, görüşüb nəticəsini soruşurdum, hər dəfə də Rasim Musayev mənə müxtəlif bəhanələr söyləyirdi. O, Azər Orucovdan 15 min manat pulumu alıb özümə qaytaracağına, həmçinin özünün də aldığı 20 min dollar pulu qaytaracağna söz versə də, az sonra onların məni aldatmaları bəlli oldu. Hətta, o, mənə yalvarıb Azər Orucovdan şikayət etməməyimi xahiş edirdi, o zaman o da məlum oldu ki, Azər Orucov Rasim Musayevin həyat yoldaşının qohumlarındandır. Məhz, o, belə dələduzluq hərəkətlərinə qol qoyduğuna görə daşıdığı vəzifəsindən azad olunur.

DYP mayoru ilə hakimin sövdələşməsi nələrə səbəb olub? - FOTO

Mən belə bir problemlərlə üz-üzə qaldıqdan sonra məcbur olub 06 mart 2017-ci il tarixdə DİN-i, DTİ-nə müraciət etdim. Adı çəkilən idarənin rəisi general Sahib Mirzəyev 16 mart 2017-ci il tarixdə tək məni, 28 mart 2017-ci ildə isə polis mayoru Rasim Musayevlə birlikdə bizi qəbul etdi. O, generala 08 aprel 2017-ci il tarixədək pullarımın qaytarılmasına qəti söz verdi və az sonra biz generalın qəbulundan çıxdıq. Aprel ayının 4-də Rasim Musayevin tanış və qohumları bir daha şikayət verməyim deyə mənə xahiş etdilər. Son anda pullarımı tələb etsəm də, heç bir nəticəsi olmadı.
Belə bir səbəb üzündən də, məcbur olub 04 may 2017-ci il tarixdə polis mayoru Rasim Musayev haqqında Binəqədi rayon Prokurorluğuna ərizə ilə müraciət etdim. Sonradan məlum oldu ki, etdiyim şikayət əsasında onunla bağlı cinayət işi başlanmamış, Binəqədi rayon Prokurorluğunun müstəntiqi Tamirlan Baqiyev tərəfindən tanıdığım və tanımadığım, hansı ki, belə bir işlərə heç cür aidiyyəti olmayan şəxslərin şər-böhtan xarakterli izahatları alınmışdır. Guya ki, mən Rasim Musayevdən Azər Orucova verilən pulların devolvasiyasına görə 20 min dollar pul tələb edirəm. Eyni zamanda guya ki, mən dərman alveri ilə də məşğul oluram əsas gətirilir və qeyri-obyektiv qərar qəbul edilməklə, Rasim Musayev barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair 26 iyul 2017-ci il tarixdə qərar qəbul edilmiş, Azər Orucovun barəsində ayrılmış material isə, ərazi aidiyyəti üzrə Bakı şəhər Prokurorluğuna göndərilir.
15 min manat pulumu Rasim Musayevin iştirakı ilə həyat yoldaşı Sevda Musayevanın zəngi və vasitəçiliyi ilə Azər Orucovun ələ keçirməsi və bir neçə ay sonra isə, Rasim Musayevin özünün 20 min dollar pulumu ələ kecirməşi faktı onu sübut etməyə əsas verir ki, bu şəxslər qrup haında dələduzluq əməllərinə qol qoyurlar. Görəsən qol qoyulan dələduzluq əməlləri ilə bağlı prokurorluq orqanlarında cinayət işinin başlanmasının rədd edilməsi, nə dərəcədə hüquqi əsasa söykənir? Atdığı belə bir addımları ilə mövcud qanunvericiliyin tələblərini heçə endirən bir şəxsin, görəsən DİN-i, BDYPXİ–nin strukturunda xidməti fəaliyyətini davam etdirməsi Azərbaycan Respublikasının Qanunlarına hörmətsizlik deyilmi? Onu da bildirim ki, Azər Orucovla bağlı Yasamal rayon Prokurorluğuna etmiş olduğum şikayət əsasında araşdırmalar aparılarkən, o, prokuror köməkçisi Seymur Mahmudovun yanında mənə yalvardı və 15 min manat pulun 7400 manatını da qısa müddət ərzində qaytaracağına söz verdi. O zaman mən həm ona, həm də prokuror köməkçisinə inanıb yazılı izahat verdim ki, guya Azər Orucov pulumu tam qaytarıb. Belə bir səbəbdən də, 01 sentyabr 2017-ci il tarixdə onunla bağlı başlanmış cinayət işinin rədd edilməsi haqda qərar qəbul edildi. Fakt budur ki, bu gün də ondan qalan pulumu ala bilmirəm”.
Təəccüb doğuran hal odur ki, Nadir Musayevin belə bir problemlərlə bağlı şikayəti Yasamal rayon Prokurorluğunda da araşdırılarkən, prokurorun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlu 01 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 85-ci maddələrinin tələblərini əsas tutaraq Rasim Musayev barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edir. Bakı şəhər Prokurorluğuna Binəqədi rayon Prokurorluğundan daxil olmuş şikayət əsasında toplanmış iş materiallarını araşdıran Bakı şəhər Prokurunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərov da, 17 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 84.5.8 və 212.4.1-ci maddələrinin tələblərini əsas tutaraq, Musayev Nadir Musa oğlu tərəfindən Musayev Rasim Sadıx oğluna 20 min dollar pul verməsi xüsusatı üzrə hissəsinin ləğv edilməsi və əlavə yoxlama işlərinin aparılması məqsədilə toplanmış iş materiallarının Binəqədi rayon Prokurorluğuna göndərilməsi haqda qərar qəbul edir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, külli miqdarda pulları əlindən çıxmış Nadir Musayev haqlı tələblərinə qovuşmaq üçün, bundan sonra da mübarizəsini aparmaq əzmindədir.

Xüsusi qeyd: İddiaçı Musayev Rasim Sadıx oğlunun cavabdeh Musayev Nadir Musa oğluna qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə müraciət etdikdən sonra (İş №2(001)-3175/2018), bir neçə dəfə hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə məhkəmə prosesləri keçirilir və 12 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələbləri əsasında məhkəmə qərarı da çıxarılır. Məsələnin maraqlı tərəfi o olur ki, çıxarılmış məhkəmə qərarında iddianın qismən təmin olunması, cavabdeh Musayev Nadir Musa oğlunun iddiaçı Musayev Rasim Sadıx oğlu barəsində yaydığı yalan, həqiqətə uyğun olmayan məlumatlara görə ondan üzr istəməsi və həmin məlumatlar həqiqətə uyğun olmadığından, Nadir Musayevin bir kitləvi informasiya vasitəsində təkzib dərc etdirməsi tələbi də qoyulur. Hətta, məhkəmə qətnaməsində o da qeyd olunur ki, təkzib aşağıdakı məzmunda verilsin: “Mən Musayev Nadir Musa oğlu, Musayev Rasim Sadıx oğlu barəsində yaydığım həqiqətə uyğun olmayan məlumatları təkzib edirəm”. Qətnamədə iddianın qalan hissəsinin təmin edilməməsi və təkzibin “Ədalət” qəzetində dərc olunması da şərt olaraq qeyd olunur.
Onu da bildirək ki, Nadir Musayev müraciətini redaksiyamıza təqdim etdikdən sonra, biz onun səsləndirdiyi ittihamlara münasibətini öyrənmək üçün Rasim Musayevlə əlaqə saxladıq. O, telefon zəngimizə cavabında qeyd etdi ki, “İndi sizinlə əlaqə saxlayacaqlar”. Çox keçmədi ki, Fikrət Səfərov adlı şəxs bizə zəng etdi və Rasim Musayevin vəkili olduğunu bildirdi. Ümumi telefon danışığımız zamanı o, “Nadir Musayevin səsləndirdiyi ittihamların heç bir əsası yoxdur və bunlarla bağlı Binəqədi rayon Məhkəməsinin çıxarmış olduğu qərar var, ona görə də sizin hər hansı açıqlamanı yaymaq hüququnuz yoxdur” dedi. Həmin qərarı əldə etmək mümkündürmü deyə ona sual etdikdə, Fikrət Səfərovun cavabı o oldu ki, “Mən həmin qərarı Whatsapp vasitəsilə sizə göndərərəm”. Bəli, bu belə də oldu və o, çıxarılmış məhkəmə qətnaməsini bizə göndərdi. Qətnamədə iddianın qismən təmin olunması, cavabdeh Musayev Nadir Musa oğlunun iddiaçı Musayev Rasim Sadıx oğlu barəsində yaydığı yalan, həqiqətə uyğun olmayan məlumatlara görə ondan üzr istəməsi və həmin məlumatlar həqiqətə uyğun olmadığından, Nadir Musayevin “Ədalət” qəzetində təkzib dərc etdirməsi tələbi qoyulmuşdu. Biz də belə bir problemlə bağlı “Ədalət” qəzetinin redaksiyasında olduq və adı çəkilən mətbu orqanın baş redaktorunun 1-ci müavini Əbülfət Mədətoğluna ünvanladığımız suala o, belə cavab verdi: “Musayev Nadir Musa oğlu adlı şəxs, bu günə kimi “Ədalət” qəzetində Musayev Rasim Sadıx oğlu barəsində heç bir müraciət təqdim etməyib, hər hansı formada açıqlama dərc etdirməyib. Ona görə də hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı çıxarılmış qərar, bizim üçün də qaranlıq qalan məsələlərdəndir”. Bu da hakimin çıxarmış olduğu qərarın şübhə altına düşməsinə səbəb olan amillərdir.

Elə ki, Nadir Musayev redaksiyamıza şikayət ərizəsi ilə bərabər, çıxarılmış məhkəmə qətnaməsini də təqdim etdi, o halda o, bəzi məqamları bizə bildirməyi də unutmadı. Belə ki, Nadir Musayev qeyd etdi ki, “iddiaçı Musayev Rasim Sadıx oğlunun iddia tələbi əsasında, Binəqədi rayon Məhkəməsində məhkəmə prosesinin keçirilməsi ilə bağlı əldə etdiyim bildiriş əsasında məhkəməyə gedirdim, o halda mənə “Məhkəmə sonrakı tarixə təxirə salındı” deyə cavab verirdilər. Elə ki, sonrakı vaxtlarda məhkəməyə getdim, o zaman bəlli oldu ki, sən demə məhkəmədə məni aldatdıqları gün “məhkəmə prosesi keçirilir” və həmin vaxt da qətnamə çıxarılır. Hətta, əldə etdiyim məlumatlara görə, həmin vaxt iddiaçı tərəf də məhkəmə proseslərində iştirak etmir. Bundan əlavə, mən indiyə kimi heç bir mətbu orqanda Musayev Rasim Sadıx oğlunun əməlləri ilə bağlı açıqlama dərc etdirməmişəm. Qaldı ki, hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı mənim “Ədalət” qəzetində təkzib verdirməyim qarşıma şərt qoyulması, bu gün də mənim üçün qaranlıq qalan məsələlərdəndir. Çünki, yenə də qeyd edirəm ki, mən indiyə kimi nə “Ədalət” qəzetində, nə də ki, hər hansı mətbu qurumda açıqlama dərc etdirməmişəm”.
Onu da unutmaq olmaz ki, KİV haqqında Qanunun 44-cü və 45-ci maddələrində informasiyaya düzəlişnin, təkzibin və cavabın verilməsi qaydaları tam aydınlığı ilə qeyd olunub.
Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ Kütləvi İnformasiya Vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakteri məlumatlar verildikdə, fikirlər təhrif olunduqda, fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud da səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə, təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.
Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası
Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və düzəlişi dərc etməlidirlər.Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. Cavab dərc olunan (efirə gedən) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər. Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslaşdırılmış məlumat verilməlidir. Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər: məhkəmənin qanuni güvvəyə minmiş qərarına ziddirsə; imzasızdırsa; həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə; təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa; məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə (vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət və ezamiyyət müddətləri istisna olmaqla).
Məsələnin maraqlı və düşündürücü tərəfi ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində 12 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələbləri əsasında məhkəmə qərarı çıxarılarkən, KİV haqqında Qanunun 44-cü və 45-ci maddələrinin tələbləri nəzərə alınmır və Azərbaycan Respublikası adından hakim Kamran Əsədovun çıxarmış olduğu qərar böyük şübhələrə yollar da açır. Məqalədə qeyd olunanlarla bağlı bir daha qarşı tərəfin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir. (gundemxeber.biz)

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …