Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Dünyadakı azərbaycanlı “qanuni oğru”ların – ADLARI 

Dünyadakı azərbaycanlı “qanuni oğru”ların – ADLARI 

Hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var. Azinforum.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb.

Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.

“Zaur Naxçivanski”, “Tolik Noqinski”, “Albert Piterski”, “Rüfət Gəncinski”, “Emin Hacıqabulski”, “İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. “Lotu Quli” isə Azərbaycanda cəza çəkir.

İki nəfər “Rəşad Gəncinski” və “Yusif Şamxorski” Rusiya, “Rafət Əlibayramlinski” isə Azərbaycan tərəfindən axtarışa verilib.

Rafiq Masallinski (Lotu Rafiq), “Yunus Yasamalski”, “Namiq Bakinski” (“Lotu Quli”nin qardaşı), “Hacı Beyləqanski”, “Ceyhun Gəncinski”, “Vaqif Diplomat”, “Arif Sumqaitski”, “Dato (Cavid) Ağcabədinski” isə azadlıqdadır.

Azərbaycanlı “qanuni oğru”ların arasında ən yaşlıları “Yunus Yasamalski” və “Arif Sumqaitski”dir. Onların hər ikisinin 56 yaşı var.

Ən gənc “qanuni oğru”lar isə “Dato Ağcabədinski” və “Zaur Naxçivanski”dir. Onlar 1985-ci il təvəllüdlüdürlər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın