Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Dünya saxta pasport problemi ilə üz-üzə…

Dünya saxta pasport problemi ilə üz-üzə…

Norveç mətbuatı ölkə miqyasında saxta pasportla yaxalanan xaricilərin sayının rekord qırdığını yazıb. Ölkənin ən çox satılan qəzetlərindən olan “Aftenposten”də yer alan xəbərə görə, bu insanlar arasında Türkiyə vətəndaşları ilk sıradadır. 

Qəzetin Norveç Beynəlxalq Şəxsiyyət Vəsiqəsi Mərkəzindən aldığı rəqəmlərə görə, 2018-ci ildə 1.014 şəxs saxta pasportla yaxalanıb. Bu, qeydiyyatın həyata keçirilməyə başladığı tarixdən bu günə ən yüksək rəqəm idi və bir öncəki illə müqayisədə yüzdə 86-lıq bir artıma təsadüf edirdi.

TÜRKLƏR İLK SIRADADIR – NİYƏ? 

Bunlardan üçdə birindən artığını təşkil edən 482 şəxs isə Türkiyə vətəndaşı idi. Türklər Norveçə mühacirət üçün müraciət edənlərin siyahısında da ilk sırada yer alıb. 

Norveçə saxta pasportla gedən Türkiyə vətəndaşlarının 19 faizi Yunanıstan sənədləri ilə gedib, özlərini yunan olaraq təqdim ediblər. Qəzet bu sayaq hadisələrə nümunə olaraq 3 iyulda Norveç Vergi İdarəsinə gedərək Rumıniya pasportunu verib, bir restoranda çalışmağa gəldiyini deyən bir qaçqını nümunə gətirib.

Картинки по запросу sahte pasaport



Pasportdan şübhələnən səlahiyətlilər mütəxəssislərin araşdırmaları nəticəsində pasportun saxta olduğunu anlayıb və bu insanın evinə basqın edilib. 
Evində də saxta bir Rumıniya vəsiqəsi olan bu şəxsin Türkiyə vətəndaşı olduğu anlaşılıb, deportasiya edilib və Norveçə girişi qadağan edilib. Qəzet saxta sənədlərlə tutulanların rekord həddə çatmasının səbəbi olaraq Beynəlxalq Şəffaflıq Təşkilatının “Avropanın ən geridə qaldmış ölkələrindən biri” olaraq Türkiyəni göstərib. 

Türkiyənin 15 iyul 2016-cı ildəki darbə cəhdinin ardınca çox sayda insanı həbs etdiyini xatırladan qəzet “Ərdoğan rejimindən qaçan türklərin” Şengen bölgəsinə girdikdən sonra saxta sənədlərlə bu zonada sərbəst səyahət haqqından istifadə edərək, Norveçə gəldiyini qeyd edib. 

Türkiyə vətəndaşlarının saxta Avropa Birliyi pasportu və şəxsiyyət vəsiqələri ilə yanaşı, Şengen vizası və Şengen bölgəsində vizasəz səyahətə icazə verən kateqoriyada Türkiyə pasportlarından da istifadə etdiyi bildirilir. 

2018-ci ildə Türkiyə vətəndaşları 765 sığınma müraciəti ilə Norveçə ən çox axın edilən ölkə olduğunu ortaya çıxarıb. 

Qəzetə danışan Beynəlxalq Şəxsiyyət Vəsiqəsi Mərkəzinin əməkdaşı Mads Odnes isə bildirib ki, Türkiyə vətəndaşları Norveçə ayaq basana qədər saxta sənədlərə ehtiyac duyduqları halda, Norveçə gəldikdən və polis tərəfindən saxlanıldıqdan sonra həqiqi kimliklərini açıqlayaraq, mühacirət müraciət edirlər. 

Norveç Polis Direktorluğunun altında köç idarəsi və polis yetkililərinin şəxsiyyət vəsiqələriylə bağlı araşdırmalar məsələsində dəstəkləmək üçün qurulan müstəqil bir qurum olan Beynəlxalq Şəxsiyyət Vəsiqəsi Mərkəzi saxta pasportdan istifadə edən şəxslərin rifah sistemlərinə olan etibarı zəiflətdiyini qeyd edən bir sənəd yayımlayıb. 

Norveç Yüksək Məhkəməsi saxta səyahət sənədindan istifadə edən sığınmaçılara saxta sənəddən istifadə pozuntusuna görə cəza verilə bilməyəcəyinə qərar vermişdi. Birləşmiş Millətlərin Qaçqınların Hüquqi Vəziyyətinə dair müqaviləsi də eyni tətbiqetməni müdafiə edir.

SAXTA PASPORT ŞƏBƏKƏSİ NECƏ ÇALIŞIB?

Ötən ay xəbər verildi ki, İstanbul Baş Prokurorluğunda saxta şəxsiyyət vəsiqəsi və pasport hazırlayan və istifadə edən şəbəkə haqqında aparılan araşdırma nəticəsində 82 nəfər saxlanılıb. İstanbulun 11 rayonunda eyni zamanda əməliyyat tədbirlərinə başlanılıb. Saxlanılanlar arasında Notariat Qeydiyyat Baş idarələrinin müdirləri olmaqla vəzifəli şəxslər də var. Eləcə də başqa ölkə vətəndaşlarına saxta kimliklər hazırlanmasında vasitəçi olan, ikili vətəndaşlığa mənsub şəxslərin pasportlarındakı barmaq izləri və şəkilləri dəyişdirməkdə peşəkarlaşmış saxta şirkət mənsubları da həbs olunub.
Şəbəkə daha çox FETÖ terror təşkilatına və adları digər terror təşkilatlarının siyahısında olanlara xidmətdə təqsirləndirlir. 
Axtarış əməliyyatları nəticəsində haqqında həbs qərarı verilən, dövlətdən gizlənən, saxta pasportla ölkədən qaçmaq istəyən terrorçular da həbs edilib. 
Qeyd edək ki, 500 nəfərlik heyətin iştirakı ilə aparılan mübarizə tədbirlərində 161 şübhəli haqqında saxlanma qərarı verilib, onlardan 72-nin axtarışları davam edir. 

PAKİSTAN VƏTƏNDAŞLARI BU İŞDƏ USTADIR 

Amma bu, saxta pasportla bağlı ilk və son olay deyil. Belorus sərhədçiləri azarkeş pasportu ilə Avropaya keçmək istəyən üç pakistanlını saxlayıb. Əvvəlcə onlar guya Rusiyaya dünya çempionatına azarkeşlik etmək üçün gəliblər.

Картинки по запросу sahte pasaport pakistan



Daha sonra Minsk şəhərinə gedərək Almaniyaya keçmək istəyiblər. Sərhədçilər Pakistan vətəndaşlarının pasportunda saxtakarlıq aşkar edib.
Hazırda pakistanlılar Belorus Sərhəd Xidmətinin təcridxanasındadırlar. Hər üç şəxsi yüksək məbləğdə cərimə və Belurusa beş il müddətində giriş qadağası gözləyir.

Bu günlərdə Vaşinqton Beynəlxalq Hava Limanında qurulmuş sifətin tanınması sistemi pasport nəzarətindən keçən zaman saxta sənədlərlə ABŞ ərazisinə daxil olmaq istəyən Fransadan gəlmiş cinayətkarı aşkar edib. İş orasındadır ki, fransız vətəndaşının pasportu vizasız ABŞ ərazisinə daxil olmaq hüququ verir, ancaq kişinin xarici görünüşü ilə onun pasportdakı şəklini müqayisə edən neyron şəbəkəsi uyğunsuzluq aşkar etdikdən sonra bu haqda Sərhəd və İmmiqrasiya Xidmətlərinə məlumat verib.

Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, qanunu pozan Konqo (axtarış vaxtı onun üstündə bu ölkənin pasportu tapılıb) vətəndaşıdır. Bundan başqa, bir müddət əvvəl ABŞ məhkəməsinin qərarı ilə o, ölkədən deportasiya edilib, həmçinin 20 il ərzində viza almaq hüququndan məhrum edilib. Sifətin tanınması sisteminin uğurunu nəzərə alan ABŞ hakimiyyəti bildirib ki, bu sistem ölkənin bütün aeroportlarında tətbiq ediləcək. İndi sözügedən sistem yalnız Vaşinqton ştatının aeroportlarında və Nyu-Yorkda sınaq rejimində işə salınıb.

BU ÖLKƏLƏRİN PASPORTLARINI SAXTALAŞDIRMAQ İSTƏYƏNLƏR DAHA ÇOXDUR 

Dünyada ən güclü və etibarlı pasportlarına malik olan ölkələrin siyahısı açıqlanıb. Yaponiya siyahıda ilk sırada yer alıb. “Henley Passport Index -2018” adlı hesabatda bildirilir ki, Yaponiya pasportu ilə dünyanın 190 ölkəsinə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək mümkündür. Hesabatda qeyd olunur ki, bu ayın əvvəlində Myanmar Yaponiya vətəndaşlarına vizasız giriş imkanı verib və bununlada Yaponiya pasportu dünyada ən güclü və etibarlı pasportu ünvanına sahib olub.

Картинки по запросу saxta pasport



Siyahıda ikinci sırada Sinqapur qərarlaşıb. Sinqapur vətəndaşları dünyanın 189 ölkəsinə vizasız və ya birbaşa sərhəddə viza alaraq gedə bilərlər. Növbəti yerlərdə 188 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səyahət imkanı verən Almaniya, Fransa və Cənubi Koreya pasportları yer alır. Bunlardan başqa Danimarka, Finlandiya, İtaliya, İsveç, İspaniya və Norveç pasportları ilə 187 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür. 186 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək imkanı verən Böyük Britaniya, Avstraliya, Lüksemburq, Hollandiya, Portuqaliya və ABŞ pasportları növbəti 12-17-ci yerlərdə qərarlaşıblar. İlk 20-liyi Belçika, İsveçrə və İrlandiya tamamlayır. Bu ölkələrin pasportları ilə 185 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür.

199 ölkənin yer aldığı hesabatda ən zəif və etibarsız pasport Əfqanıstan pasportu hesab olunur. Əfqanıstan pasportu ilə cəmi 30 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür. İraq pasportuna sahib olan şəxslər də cəmi 30 ölkəyə vizasız səyahət edə bilərlər. Bunlardan başqa Suriya pasportu ilə 32, Somali pasportu ilə 42, Pakistan pasportu ilə 33, Yəmən pasportu ilə 37, Fələstin pasportu ilə 39, Eriteriya pasportu ilə 39 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək mümkündür.

Azərbaycan pasportu gücünə və etibarlılığına görə 199 ölkə arasında 128-ci sırada qərarlaşıb. Azərbaycan pasportu ilə 66 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək olar.

MDB və region ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət Ukraynada qeydə alınıb. Ukrayna pasportu ilə dünyanın 128 ölkəsinə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür. 122 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səyahət imkanı verən Moldova pasportu 88-ci, 119 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səyahət imkanı verən Rusiya pasportu 90-cı yerdə qərarlaşıb. Bunlardan başqa Gürcüstan pasportu ilə 112 (94-cü yer), Türkiyə pasportu ilə 111 (95-ci yer), Belarus pasportu ilə 77 (114-cü yer), Qazaxıstan pasportu ilə 76 (116-cı yer), Qırğızıstan pasportu ilə 63 (128-ci yer), Özbəkistan pasportu ilə 63 (136-cı yer), Ermənistan pasportu ilə 61 (140-cı yer), Tacikistan pasportu ilə 59 (58-ci yer), Türkmənistan pasportu ilə 53 (162-ci yer), İran pasportu ilə 43 (182-c yer) ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək olar. Musavat.com

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …