Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Dünya çempionunu əlbəyaxa davada öldürən azərbaycanlı ilə yanaşı, daha iki nəfərə cinayət işi açıldı – VİDEO

Dünya çempionunu əlbəyaxa davada öldürən azərbaycanlı ilə yanaşı, daha iki nəfərə cinayət işi açıldı – VİDEO

Rusiyada pauerliftinq üzrə dünya çempionunun qətli ilə əlaqədar istintaq çərçivəsində 2 nəfər barəsində cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin verdiyi məlumata görə, Rusiya Milli Qvardiyasının vilayət üzrə İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşı haqqında səhlənkarlıq maddəsi ilə təhqiqat başlayıb.

İstintaqın versiyasına əsasən avqustun 20-də Xabarovsk şəhərindəki ticarət mərkəzinin mühafizəçisi binanın qarşısında insanların dava üçün toplandığını görərək həyəcan siqnalını işə salıb:

“Hadisə yerinə gələn İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşının gözünün qarşısında azərbaycanlı Anar Allahverənov və rusiyalı idmançı Andrey Draçyov arasında münaqişə baş verib. Azərbaycanlı qarşı tərəfə ayaq və əlləri ilə zərbələr endirib. Mühafizə əməkdaşları öz vəzifələrini yerinə yetirməyərək onlara müdaxilə etməyib, davanı törədən şəxsi saxlamayıb və hadisə yerini tərk ediblər.

Daha sonra tərəflər arasında münaqişə davam edib və Anar Allahverənov Andrey Draçyova ölümcül zərbələr endirib. Ölümün səbəbi kəllə-beyin travması olub. Hadisədən dərhal sonra şübhəli şəxs qaçıb və o, federal axtarışa verilib. Hazırda onun yeri barədə məlumat üçün pul mükafatı təyin edilib”/APA.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın