Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Araşdırma / Dubaydan 1.7 milyon dollar gətirən Azərbaycan vətəndaşı Şeremetyevoda tutuldu

Dubaydan 1.7 milyon dollar gətirən Azərbaycan vətəndaşı Şeremetyevoda tutuldu

Moskvanın Şeremetyevo aeroportunun gömrük xidməti Rusiyaya qanunsuz yolla 1,7 milyon dollar nağd pul gətirən Azərbaycan vətəndaşını saxlayıb.

Virtualaz.org saytı xəbər verir ki, məlumatı Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti yayıb.

Aeroportun enmə zalının “qırmızı dəhlizi”ində gömrük əməkdaşı Dubaydan gələn sərnişini saxlayıb. Sərnişin gömrük müfəttişinə üzərində 1 milyon 1 min 300 dollar nağd pulun olduğuna dair bəyannamə təqdim edib.

Lakin pul sayılanda məlum olub ki, məbləğ 1 milyon 701 min 300 dollardır. Beləliklə, gömrükdə bəyan edilməyən məbləğ 700 min dollardan çox olub ki, bu da gömrük qanunvericiliyində göstərilmiş normadan beş dəfə çoxdur. Azərbaycan vətəndaşı olan həmin sərnişinə qarşı cinayət işinin qaldırılması məsələsinə baxılır.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın