Ana səhifə / Araşdırma / Dubay Prokurorluğu Azərbaycana uzanan uşaq oğurluğu ilə bağlı cinayət işi başladı

Dubay Prokurorluğu Azərbaycana uzanan uşaq oğurluğu ilə bağlı cinayət işi başladı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb. M.Beishekeyeva öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. Merim Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.

Bu günlərdə “Yeni Müsavat”a daxil olan məlumatdan məlum olub ki, Azərbaycanda hüquqşünası da, onun müvəkkili Merim Beishekiyevanı da məhkəməyə veriblər. Xüsusi ittiham qaydasında çıxış edən isə M. Beishekiyevanın keçmiş həyat yoldaşı Davud Bağırovdur. O, hər iki şəxsin CM-in 147-ci maddəsi ilə təqsirli bilinib barələrində cinayət işinin başlanmasını tələb edir. Maraqlıdır ki, A.Əfəndizadə, M.Beishekiyeva barələrindəki xüsusi ittihamdan xəbərsizdirlər. A.Əfəndizadə deyir ki, D.Bağırov bundan əvvəl də onun barəsində Nizami Rayon Məhkəməsinə müraciət edib: “Məhkəmələrə daxil olan şikayətləri bizdən gizli saxlayırlar. Mən hakimləri başa düşə bilmirəm. Əgər ittiham olunan biziksə, qanun tələb edir ki, şikayət daxil olundan sonrakı 3 gün ərzində qarşı tərəfə bizə məlumat verilməlidir. Hakimlər isə qanunu pozurlar. Biz hər dəfə barəmizdə şikayətlərin olmasını mətbuatdan oxuyur, mətbuat nümayəndələrindən eşidirik. Məncə, hakimlər bunu ona görə edirlər ki, bizim müdafiə olunmaq üçün vaxtımız qalmasın, məhkəmə zalında bizi həbs etsinlər, ən yaxşı halda cinayət məsuliyyətinə cəlb etsinlər. Mən rəhbərliyinə, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına şikayətlər edəcəyəm. Ötən dəfə də belə oldu. Mətbuatdan oxuyub Nizami rayon məhkəməsinə getdim. İndi də eyni durumdur. Məni pulla ələ almaq istədilər, alınmadı, indi də qanunsuz olaraq gizlicə məhkəməyə verib həbs etdirmək istəyirlər ki, susdursunlar. Mən geri çəkilən deyiləm. Artıq Dubay Prokurorluğu Merim Beishekiyevanın azyaşlı övladı Ceylanın oğurlanmasında iştirak etmiş Zarina Jakşenbayeva həbs edib. Onu 2 gün saxlayıb Dubayı tərk etməmək haqda iltizam almaqla buraxıblar. Yəni istintaq gedir, həbslər var. Başa düşürlər ki, uşaq oğurluğuna görə qanun qarşısında cavab verməli olacaqlar.

Dubay Prokurorluğundan Merim Beishekiyeva deyilib ki, Zarina Jakşenbayeva səmimi ifadələr verib, onu bu cinayətə sürükləyənlərın adını çəkib. Bundan başqa Dubay Prokurorluğundan Merim Beishekiyeva deyilib ki, məsələ ilə bağlı Davud Bağırovla əlaqə saxlayıblar. Onu istintaqa dəvət ediblər. Davud Bağırzadə istintaqa gedəcəyini vəd edib, amma getməyib. Sonradan isə telefon zənglərinə də cavab verməyib. Onun özünə də deyilib ki, istintaqa gəlməsə barəsində İnterpol xətti ilə axtarış elan olunacaq”.

A.Əfəndizadə deyir ki, o, kimsənin barəsində təhqiramiz ifadə işlətməyib: “Bəyan edirəm ki, Davud Bağırovun, onun yaxınlarının barəsində hər hansı bir təhqiramiz ifadə, fikir işlətməmişəm. Mətbuatdakı çıxışlarımda söylədiyim fikirləri, faktları öncədən dövlət orqanlarına da tədqim edib araşdırılmasını, qanuni tədbir görülməsini tələb etmişəm. Görürlər ki, məsələni çox yubada bilmirlər. Uşağı anasına qaytarmalıdırlar. Belə qondarma ittihamlarla bizi yolumuzdan döndərməyə çalışırlar. İstəyirlər ki, Merim Beishekiyevanın barəsində qərar çıxarmaqla qəyyumluqdan məhrum etsinlər. Bunu mənə Davud Bağırov Bakıda görüşəndə demişdi ki, Merim Beishekiyeva cinayət məsuliyyətinə cəlb etdirəcəklər. Məqsədləri də budur ki, məhkum olunmuş şəxs kimi Merim Beishekiyeva qəyyumluqdan məhrum etsinlər”.

Qeyd edək ki, M.Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovla 2011-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 2 noyabr 2012-ci il təvəllüdlü qızları Ceyla Bağırova anadan olub. ABŞ-ın Nyu York şəhərində doğulan C.Bağırovaya bu dövlətin vətəndaşlığı verilib. Sonradan ailədə problem yaranıb. Merim Beishekeyeva 14 iyul 2015-ci ildə Dubay İbtidai Şəriət Məhkəməsinə “nikahın pozulması, azyaşlı Ceyla Davud qızı Bağırovanın anasının himayəsində qalması, alimentin tutulmasına” haqda iddia təqdim edib. Məhkəmənin gedişatı zamanı D.Bağırov polisə yalan, böhtan xarakterli məlumatlar verib. Həyat yoldaşının pozğun həyat tərzi yaşadığını, narkotiklərdən istifadə etdiyini, spirtli içki aludəçisi, fahişəliklə məşğul olduğunu bildirib. D.Bağırovun polisə verdiyi məlumatla əlaqədar M.Beishekeyeva saxlanıb, 8-9 saat ərzində onu dindiriblər. Onun narkotik aslılığı, spirtli içki aludəçisi, zöhrəvi xəstəliklərinin olub-olmamasını aydınlaşdırmaq üçün ekspertizalar təyin edilib. Ekspertizaların nəticəsi M. Beishekeyeva haqda şikayətdə göstərilən iddiaların əsassızlığını ortaya qoyub. M.Beishekeyeva ali təhsildir, 3 xarici dili yüksək səviyyədə bilir, əvvəllər bank sistemində məsul vəzifələrdə çalışan gənc xanımdır. M.Beishekeyeva dindirmələrlə əlaqədar saxlanıldığı müddətdə D.Bağırov onun yaşadığı mənzilə girib, oradan sənədləri, azyaşlı qızı Ceyla Bağırovanı aparıb. Uşağı 3 oktyabr 2015-ci ildə Dubaydan Türkiyəyə aparıb, oradan isə Bakıya gətirib. Dubay Prokurorluğu uşağın anasının icazəsi olmadan ölkdən çıxarılmasını uşaq oğurluğu kimi qiymətləndirib və müvafiq maddə ilə cinayət işi başlanıb.

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın