Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / DTX “şahinli” terrorçunu tutdu – FOTO

DTX “şahinli” terrorçunu tutdu – FOTO

Bir neçə gün əvvəl, avqustun 3-də haqqin.az və virtualaz.org saytlarında sosial şəbəkələrə istinadla Azərbaycandan olan İŞİD terrorçusunun fotosu yayılmışdı. Həmin foto terrorçuluğu təbliğ edən və “NorthCaucasus”  kimi tanınan bloqer tərəfindən internetdə yerləşdirilmişdi. Görüntüyə əsasən şahin İŞİD terrorçusunun əlindəki tapançanı çıxarmağa çalışır.

Həmin İŞİD-çinin kimliyi məlum deyildi, ilkin versiyaya görə fotodakı şəxsin özbək olduğu təxmin edilirdi. Lakin daha sonra dəqiqləşmişdi ki, bu terrorçu azərbaycanlıdır.

 

Nəhayət bu gün redaksiyamıza fotodakı İŞİD-çinin kimliyi barədə məlumat daxil olub. Məlumatda deyilir ki, qeyd olunan şəxs İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşmüş, “Abu Cihad” ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğludur. O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Həmçinin məlum olub ki, Eldəniz Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın