Ana səhifə / Araşdırma / DTX səs yazısını və görüntülərini yaydı – VİDEO

DTX səs yazısını və görüntülərini yaydı – VİDEO

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Beləki filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

A.Arustamyan Cananə şərti adı olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır.

Daha sonra isə A.Arustamyan “Cananə”yə aşiq olur və özü haqqında bir çox şeyi “Cananə”yə etiraf edib. “Baş tutmayan tələ” sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də əks olunub.

O, hətta kimliyini isbat etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də “Cananə”yə göndərir.

Qeyd edək ki, A.Arustamyan sosial şəbəkələr vasitəsilə müxtəlif Azərbaycan vətədanşları ilə dialoqlar qurara məlumatlar toplamağa çalışıb. Trend

https://newstube.az/embed/146472

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …