Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Döyülüb öldürülən jurnalistin anası: “Oğlumu Cavid Hüseynov aldadıb evdən çıxardı…”

Döyülüb öldürülən jurnalistin anası: “Oğlumu Cavid Hüseynov aldadıb evdən çıxardı…”

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası iş üzrə bu gün keçirilən məhkəmə prosesində ifadə  verib və bunları deyib:”Rasimə bir neçə dəfə zəng gəldi. Mənə Cavid Hüseynovun zəng etdiyini dedi. Rasim həmin vaxt aralarından olan söhbəti mənə danışdı. O, telefonla Cavidə söyüş söyməyib. Cavid ona yenidən zəng vurdu ki, “bibim oğlu səninlə görüşüb çay içmək istəyir”. Sonra Elşən İsmayılov zəng vurdu. Rasimi Cavidlə Elşən evdən aldadaraq çıxardılar. Çünki Rasim onunla gülə-gülə danışırdı. Bir qədər sonra eşitdim ki, Rasimi döyüblər.

Xəstəxanada ona Babək həkim baxırdı. O dedi ki, “rentgendən keçib, heç bir problemi yoxdur, dörd qabırğası sınıb”. Evə gəldim ki, Rasimə paltar aparım. Oğlum zəng vurdu ki, Cavid Hüseynov və “Qəbələ” klubunun meneceri xəstəxanaya gəlib. Rasim Cavidin peşmançılıq hissi keçirdiyini bildirdi. Oğlum dedi ki, əvvəlcə Cavid Elşənin onun bibisi oğlu olduğunu danıb. Bir qədər sonra Babək həkim zəng vurub dedi ki, Rasimin vəziyyəti pisləşib, özününüzü xətəxanaya çatdırın. Xəstəxanada bizi Babək həkim və saday həkim qarşıladı. Saday həkim Babək həkimə dedi ki, “Rasimin sağ və sol qabırğaları sınıb, niyə mənə bu haqda deməmisiz?” Babək isə həmkarına “məlumat vermişik də…” dedi. Rasim reanimasiya şöbəsində yatırdı. Məni zorla otaqdan çıxartdılar. Səhərə yaxın oğlum keçindi”.

Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib.

*   *   *13:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Prosesdə təqsirləndirilən Samir Mustafayev ifafə verib. O, təqsirləndirilən şəxsləri tanımadıqını, tanışı Pərvizin zəng vurub Elşəngilin Bayıla cay icməyə gəlmək istəfiklərini, “Bayıl market”i tanımadıqlarını, onlara o yeri göstərməsini xahiş edib. Sonra Elşən özü də zəng vurub:” Onlarla “Bayıl market”in qarşında görüşdük. Bir nəfər yaxınlaşdı. Aralarında birdən dava düşdü. Əlimi uzadıb onu yerdən qaldırdım. Sonradan adını bildiyim Rasim adlı şəxs qacıb getdi. Əgər orada dava olacaqını bilsəydim, hec ora getməzdim. Sonra “Bibiheybət” məscidinə gedib namaz qıldıq”.

Təqsirləndirilən vəkillərin, dövlət ittihamcısının sualalrını cavablandırıb.

Daha sonra zərərcəkmişin hüquqi varisi Teyfurə Əliyeva ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərə ən aqır cəzanın veriıməsini istəyib. Bildirib ki, oqlunun ölümünə həkim səhlənkarlıqı da səbəb olub.

T.Əliyeva bu hadisənin məhz Cavid Hüseynovum göstərişi ilə baş verdiyini də deyib.

Məhkəmə yanvarın 26-da davam edəcək.

Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın