Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Döyülərək öldürülən əsgərin məhkəməsi olacaq

Döyülərək öldürülən əsgərin məhkəməsi olacaq

Hadisə ilə bağlı üç əsgər həbs edilib; proses Bakı Hərbi Məhkəməsində olacaq
Mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində döyülərək öldürülən Tapdıq Babaşovun dekabrın 14-də məhkəməsi başlayır. İlkin məhkəmə hazırlıq iclası saat 11:00-da Bakı Hərbi Məhkəməsində olacaq.
Bu barədə müsavat.com-a mərhum əsgərin yaxınları məlumat veriblər. Onlar indiyə qədər aparılan istintaqın gedişatından razı qalmadıqlarını bildiriblər. Məhkəmənin isə, cinayət işini necə aparılacağının proses zamanı məlum olacağını qeyd ediblər.
Sosial şəbəkələrdə də T.Babaşovun məhkəməsinin başlayacağı ilə bağlı məlumat xarakterli fotolar paylaşılır. Fotoda bu sözlər yer alır: “22.05.2015-ci ildə FHN-nin Biləcəridə yerləşən hərbi hissəsində qulluq edən və həmin hərbi hissədə vəhşicəsinə döyüldükdən sonra 3-cü mərtəbədən yerə atılaraq öldürülən 1 ayın əsgəri Tapdıq Babaşovun cinayət işinin istintaqı yekunlaşıb. Artıq məhkəmə proses başlayır.
İlkin baxış iclası 14.12.2015-ci il saat 11:00-da Bakı Hərbi Məhkəməsində olacaq. Hazırlıq iclasından sonra növbəti günlərdə əsas məhkəmə prosesi(ləri) olacaq.
Xatırladaq ki, Tapdıq Babaşov bu ilin mayın 22-də hərbi hissədə döyülərək öldürülüb. Hadisə ilə bağlı cinayət işi açılıb və hərbi xidmətlərini başa vurmaq üzrə olan 3 əsgər həbs edilib. Atasını vaxtsız itirən T.Babaşov ailənin yeganə oğlan övladı idi, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmişdi.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın