Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Dostunun arvadını qaçıran azərbaycanlı həbs edildi

Dostunun arvadını qaçıran azərbaycanlı həbs edildi

“İslam dövləti”nə informasiya dəstəyi verən azərbaycanlı Abdulqadir Polad həbs olunub. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşları ilə Kocaeli polisinin keçirdiyi birgə əməliyyat zamanı A.Polad saxlanıb.

Axar.az Türkiyə mediasının yaydığı xəbərə istinadən bildirir ki, ona terrora dəstək ittihamı irəli sürüləcəyi ehtimal olunur. A.Polad Türkiyə polisinin 30 ünvanda keçirdiyi əməliyyat zamanı tutulan 24 nəfərdən biri olub.

A.Polad redaktoru olduğu takvahaber.net saytında dezinformasiya yaymaqla tanınır. Hazırda saytın adı dəyişərək enfalmedya.com olub və vəhhabi portalıdır. Bu şəxs oğurluq etməsi ilə də ad çıxarıb.

Daha sonra vaxtilə çalışdığı sözügedən sayt A.Poladın dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırdığını yazmışdı.

Abdulqadir sonralar takvahaber.net-dən qovulduqdan sonra eyni adlı domenin “com” sonluğu ilə sayt açıb. Ardınca hər iki sayt arasında problem həllini tapıb və onun barəsindəki bu məlumat saytdan silinib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın