Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Dostluq” parkında qanunsuz torpaq satanların cəzaları azaldılıb

“Dostluq” parkında qanunsuz torpaq satanların cəzaları azaldılıb

Bakı Apellyasiya Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb.

Məhkəmənin hökmü ilə onların cəzaları azaldılıb.

Belə ki, Etibar Məmmədovun cəzası 7 il 6 aydan 7 ilə, Famil Quliyevin cəzası 7 ildən 6 ilə, Tərlan Hüseynovun cəzası isə 7 il 6 aydan 5 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayətində onlara bəraət verilməsi istənilib.

Xatırladaq ki, “Dostluq” parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanıb. Bundan sonra cinayət işi açılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

Ötən il sentyabrın 16-da keçirilən məhkəmə prosesində Tərlan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb. O, məhkəmə zalında həbs edilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın