Şənbə , May 25 2019
Ana səhifə / Araşdırma / Dondurma həvəskarlarının nəzərinə – XƏSTƏLİK VAR – VİDEO

Dondurma həvəskarlarının nəzərinə – XƏSTƏLİK VAR – VİDEO

Yay mövsümünün ən dadlı təamlarından olan dondurma ölüm mənbəyi ola bilir. Bu, əsasən xaricdən gətirilən məhsullara aiddir. İstehsalçı ölkənin mediasını dondurmaların tərkibinin saxtalaşdırıldığı ilə bağlı xəbərlər zəbt edib. Alıcılar dondurma alarkən diqqətli olmağa çağrılır. Bəs yerli bazarda vəziyyət necədi, sakinlər daha çox yerli və ya xarici dondurmalara üstünlük verirlər?

ARB TV-nin “Günə doğru” verilişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Sakin: “Dondurma alarkən üstünə baxıram. Tarixi keçməyibsə, alıram”.

Sakin: “Onların insafına qalıb. Tarixinə diqqət edirəm”.

Bu cür dondurmaların istifadəsi insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə, mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Xaricdən gətirilən dondurmaları alarkən nəyə fikir vermək lazımdır?

Eyyub Hüseynov – Ekspert: “Əgər dondurma yeyərkən dilin üstünə düşən zaman acılıq hiss olunarsa, dondurmanın tərkibinə kərə yağı yox, digər yağlardan qarışdırılıb”.

Dondurma süd məhsulları qrupuna aid olub, qida xüsusiyyətlərinə görə uyğun tələblərə riayət edilmədikdə insan orqanizmi üçün risk daşıyır. Bu səbəbdən də sağlam və təhlükəsiz şəraitdə istehsal edilən, daşınan, saxlanılan və satılan dondurma istehlak edilməlidir.

Səidə Səmədova – Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi: “İstehlakçılar qablaşdırmaya fikir verməlidir. Pozulmasın yazılar. Ərinib soradan dondurulan dondurma xəstəliklərə yol açır. Mikrobioloji artım baş verir”.

Digər bir məqam isə küçədə açıq şəkildə satılan dondurmaların təhlükəsiz şəraitdə istehlak olunmasıdır. Bu baxımdan istehlakçılar bəzi qaydalara xüsusi fikir verməlidir.

Bazara təhlükəsiz dondurmanın çıxırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi iyuldan etibarən məhsulun bütün mərhələləri üzrə nəzarəti gücləndirəcək.

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …