Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Dollar almaq istəyəni “qara bazar” alverçiləri aldatdı

Dollar almaq istəyəni “qara bazar” alverçiləri aldatdı

Bakıda dollar almaq istəyən şəxs “qara bazar” alverçiləri tərəfindən aldadılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Bakı şəhər sakini 1974-cü il təvəllüdlü Hicran Abbasov 22-ci Polis Bölməsinə müraciət edərək məlumat verib.

O bildirib ki, Ş.Bədəlbəyli küçəsi 104-ün qarşısında, Mərkəzi Bankın yaxınlığında “qara bazar” alverçisinə 100 ABŞ dolları almaq üçün 160 manat pul verib. Lakin həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra H.Abbasov ona verilən xarici valyutanın 100 yox, 10 ABŞ dolları olmasını müəyyən edib. Təkrar “alverçi”nin olduğu yerə qayıtdıqda onu tapa bilməyib.

Araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın