Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Araşdırma / Doğum evlərində süni uşaq qidaları satılır? – Nazir müavini AÇIQLADI

Doğum evlərində süni uşaq qidaları satılır? – Nazir müavini AÇIQLADI

Səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlət doğum müəssisələrində ayrı-ayrı şirkətlər tərəfindən valideynlərə yenidoğulanların qidalandırılması üçün süni uşaq qidalarının satılmasına münasibət bildirib.

Unikal.org-un məlumatına görə, E.Ağayev deyib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər: “Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin. Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisinin 12-14 faiz olduğunu bildirib.

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı qeyd edib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.

Həmçinin oxuyun

İcra başçısının imarətinin gözətçisi özünü asdı – Ailədən və prokurorluqdan açıqlamalar

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi …