Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Dizel” şirkətinin sousu erməni məhsuludur? – “Onu paylaşan adam ümumiyyətlə savadsız adamdır”

“Dizel” şirkətinin sousu erməni məhsuludur? – “Onu paylaşan adam ümumiyyətlə savadsız adamdır”

Xəbər verdiyimiz kimi, bir neçə gündür sosial şəbəkələrdə və bir çox xəbər portallarında “AL” marketlər şəbəkəsində Ermənistan məhsulunun satışı ilə bağlı məlumat yayılıb. Məlumatı yazıçı Azad Qaradərəli sosial şəbəkə hesabında paylaşım edib. O, “Dizel” şirkətinin ermənicə adlandırılmış sousunun fotosunu paylaşaraq üzərində “Alın, razı qalın” sözlərini yazıb.

Sözügedən məsələ ilə bağlı Azərsun Holdinqin sözçüsü Rza Məmmədov Sonxeber.az-a açıqlama verib. O bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

“Həmin məhsul Gürcüstan məhsuludur. Yəni, erməni məhsulu deyil. Onu paylaşan adam ümumiyyətlə savadsız adamdır ki, araşdırmadan onu paylaşıb. Biz həmin adama məlumat vermişik və paylaşdığı postu silib. Eyni zamanda bu məlumatı yazan xəbər portalları da həmin xəbəri silib”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …