Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Direktor: “Ötən il Azərbaycanda 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb”

Direktor: “Ötən il Azərbaycanda 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb”

“Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatdadır”.

“Report” xəbər verir ki, bunu institutun direktoru Zöhrə Əlimirzəyeva keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb: “Onların 603 nəfəri böyüklər, 84 nəfəri isə uşaqlardır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb. Hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir”.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …