Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / DİN-dən təhqir videosu yayılanla bağlı məlumat – Tutulanlar var

DİN-dən təhqir videosu yayılanla bağlı məlumat – Tutulanlar var

Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin video hələ yayımlanmazdan əvvəl cinayət hadisəsini törədən şəxslər müəyyən edilərək saxlanılıb.

Vətəndaş B.Məmmədova qarşı şəxsiyyətin alçaldılmasına cəhd edərək zorakılıq törətməklə ondan pul, mobil telefon, təqaüd kartı verməyi tələb ediblər.

B.Məmmədovun şikayəti əsasında Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədənlərin E.Yusifov və Z.Mustafayev olduğunu müəyyən edib, həmin şəxslər saxlanılıb.

Qeyd edək ki, artıq faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın