Bazar ertəsi , May 23 2022
Ana səhifə / Araşdırma / Diaspor Komitəsinin 23 apreldə keçirəcəyi qurultayla bağlı işlər niyə gizli aparılır?

Diaspor Komitəsinin 23 apreldə keçirəcəyi qurultayla bağlı işlər niyə gizli aparılır?

Bugünlərdə əldə etdiyimiz məlumata görə, Diasporla İş Üzrə Dövlət Komitəsi 23 aprel 2022 ci il tarixində qurultay keçirməyi planlaşdırır. Amma nə hikmətdirsə, bunu gizli saxlayır. Yəni qurultayın adı “Dünya Azərbaycanlılarının Qurultayı” adını daşısa da, bu qurultay haqqında sadəcə  xaricdə yaşayan müəyyən insanların xəbəri var. Bu qurultay xəbərinin eşidilməməsi üçün isə əllərindən gələni edirlər. Əvvəlcə bizdə qurultayın 22 apreldə Şuşa Festivalı adı altında keçirləcəyi haqqında məlumat var idi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Fuad Muradov ilin əvvəllindən “bu il heç bir layihənin komitənin maliyələşdirməyəcəyi” ni söyləyib. Səbəb isə həmin sözü gedən qurultaya həddindən ziyadə çox maliyyə sərf olunduğu göstərilib.
İlboyu xarici ölkələrdə  ermənilərin aktiv fəaliyyətinə cavab olaraq, yaydıqları yalanları ifşa edəcək gücə malik layihələri maliyyələşdirməyərək, sadəcə bu qurultaya maliyyə ayırmaq nə qədər məntiqə sığır anlamaq çətindir. Deyəsən rus demiş “krupnu” yəni böyük maliyyə silinməsi nəzərdə tutulur.


Məlumatı dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Asiya ölkələri şöbəsinin böyük məsləhətçisi, eyni zamanda Türkiyə üzrə kurator kimi tanınan Kənan Məmmədovla əlaqə saxladıq. Kənan Məmmədov 22 aprel tarixində diasporanın heç bir festival keçirməyəcəyini söylədi. Məlumatın yalan olduğunu bildirdi. Daha sonra “xaricdə yaşayan azərbaycanlıların dəvəti ilə apreldə hər hansısa bir tədbirin keçirilməsi  nəzərdə tutulmur” sualına isə “23 apreldə tədbir var”deyə cavab verdi.
Kənan Məmmədovun sözlərinə görə gizli keçirəcəkləri qurultaya xaricdən dəvət olunan bir sıra azərbaycanlılar var. Daha sonra mətbuatı məlumatlandırmaq üçün, yayılan yanlış məlumatı düzəltmək məqsədi ilə nəzərdə tutulan tədbir haqqında geniş məlumat istədim. Kənan Məmmədov isə bunun mənim səlahiyyətlərimə daxil olmadığını və insanları doğru bilgi ilə məlumatlandırmaq kimi bir niyyətlərinin olmadığını söylədi.
Daha sonra məlumat gözləyirəm desək də, tədbirlə bağlı heç bir məlumat verilmədi. Əldə etdiyimiz məlumata görə, bu qurultay xarici ölkələrdə yaşayan bir sıra soydaşlarımız tərəfindən birmənalı qarşılanmayıb, hətta soydaşlarımız arasında düşmənçilik və ayrı-seçkilik yaranmasına səbəb olur. Rusiya Federasiyasından 60 nəfər həmyerlilərimiz, Türkiyədən sadəcə 10 nəfər tədbirə dəvət olunmaqla, ümumilikdə 300 nəfərlik bır qurultay keçirilməsi planlanır. 23 aprel tarixində Şuşada keçiriləcək qurultaya dəvət olunan soydaşlarımız aprel ayının 19, 20 və 21 dən etibarən Azərbaycanda otellərə yerləşdiriləcək. Nəzərə alın , bu qədər insanın 3-4 gün öncədən otel və yol xərclərinin tutduğu maddi vəsaitə xaricdə onlarla konfranslar keçirmək mümkün olardı.
Hazırda xaricdə bu tədbirlə bağlı məlumat alan hər kəs diasporaya şikayətlə müraciət edərək, nə üçün dəvət olunan insanlar arasında adlarının olmadığını soruşur. Diaspora bu kimi şikayətləri ört-bas edir.
Bu zaman, “hansı göstəricilərinə görə, xaricdə yaşayan soydaşlarımız Şuşada gizlin keçiriləcək qurultaya dəvət alıb?”sualı yaranır.
Xaricdə yaşayan soydaşlarımız iki qrupa bölünür: Vətən üçün çalışanlar və diaspora komitəsi üçün çalışanlar. Baxın dəvət alan insanlar məhz diaspora komitəsi üçün çalışanlardır…
Cənab Prezident!
İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə Sizin çağırışlardan sonra xaricdə yaşayan azərbaycanlılar arasında müəyyən həmrəylik formalaşmağa başlamışdı. Hazırda keçiriləcəyi nəzərdə tutulan qurultay yenə də xaricdə yaşayan azərbaycanlılar arasında təbəqələşmə və kin-küdurət yaradır. Belə ki, qurultaya dəvət olunmayanlar və qurultaya dəvət olunanlar arasında yaranan nifaq birmənalı olaraq, Azərbaycan diasporunu parçalamaq niyyətlərinə dəstək verə bilər. Belə olan halda sual olunur: Diaspora Komitəsi nəyə xidmət edir?
Digər tərəfdən Azərbaycanda keçiriləcəyi nəzərdə tutulan qurultaya dəvət olunan soydaşlarımızın Azərbaycan üçün nə kimi xidmətlərinin olduğu məsələsi də araşdırılsa, bir sıra məqamların da üstü açıla bilər.
Diaspora Komitəsinin belə “fəaliyyəti” sadəcə Rusiya və Türkiyə üçün keçərli deyil, hətta Qarabağ müharibəsində Böyük Zəfərimizdən sonra Azərbaycana qarşı qərəzli mövqe tutan Niderland Krallığında, İsveçdə yaşayan soydaşlarımızın da başına gətirilib. Komitə fəaliyyət göstərməyən amma komitəyə sərf edən bir neçə şəxsi özünə xarici ölkədə koordinator təyin edərək, həmin ölkədə həqiqi fəaliyyət göstərən şəxslərin işlərinə, səylərinə kölgə salaraq, xaricdəki soydaşlarımız arasına nifaq salmaqla məşğuldur.
Cənab Prezident, nəzərə alın ki, diasporanın fəaliyyətsiliyinin ən xırda detalları, Şuşada keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlılarının Qurultayından sonra üzə çıxacaq…
Diasporanın “aparatda” arxalandıqları himayədarları kimlərdir?  Baxın bu şəxslərin adlarını bir daha, dəqiqləşdirdikdən sonra faktlarda diqqətinizə çatdıracağıq.
Cənab Prezident, biz əminik ki, dövlətə ziyan vuran, xalq arasında nifaq salma prinsipi ilə çalışan  bir sıra “məmurların”  şəxsi əlaqələrindən istfadə edərək, bu kimi məqamların ört-bas edilməsinə  izn verməyəcəksiniz!
Cənab Prezident,  apardığınız bütün köklü islahatları sıfıra endirmək prinsipi daşıyan bu bəd xislətli məmurları ifşa etmək üçün müzəffər jurnalist kimi hər daim dövlətimizin keşiyindəyik.

Həmçinin oxuyun

“Meymun çiçəyi” virusu nədir? – Nazirlik rəsmisindən açıqlama

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə …